Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Daha bir AXCP fəalının həbs edildiyi deyilir


Arxiv foto
Arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Rabil Qurbanovun iyulun 4-də saxlandığı deyilir. Bu barədə AXCP-dən məlumat yayıblar.

Partiyadan verilən məlumata görə, onu günorta saatlarında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları evindən aparıblar.

AXCP bildirir ki, daha sonra O, Suraxanı Rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarlıb: “Amma, məhkəmə elə keçirilib ki, heç Rabil Qurbanovun ailəsinə belə xəbər edilməyib”.

AXCP-dən habelə qeyd ediblər ki, R.Qurbanov ünvansız “söyüş söymək”də təqsirli blinərək 30 sutka inzibati həbs cəzası alıb.
Ancaq bu məlumata, hələlik, Suraxanı Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP bundan əvvəl də açıqlama yaymışdı ki, daha bir fəalları Yaşar Fərazi də iyulun 4-də polisin qanunii tələbini yerinə yetirməməkdə günahlandırılaraq Abşeron Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.Bu deyilənə də rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib..

Xatırlatma
Son vaxtlar AXCP-nin bir neçə fəalına “polisin qanuni tələbinə tabe olmamaq” ittihamı ilə inzibati həbs cəzası verilib.

Hazırda AXCP-nin 10-dan çox üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Hüquq müdafiə təşkilatları onları təqsirsiz hesab edərək siyasi məhbus adlandırırlar.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG