Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

Daha üç tələbənin qidadan zəhərləndiyi deyilir


arxiv foto, xəstəxana

Noyabrın 30-da Nizami rayonunun NZS qəsəbəsində iki nəfər qidadan zəhərlənmə ehtimalı ilə 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdirilib. Bu barədə xəstəxanadan bildiriblər.

Verilən məlumata görə, zəhərlənənlər 21 və 22 yaşlı tələbələrdir:

“Hər ikisi gecə toyuq qızartması və turşu yediklərini, bir qədər sonra sancılandıqlarını söyləyiblər”.

Xəstəxanadan deyiblər ki, tələbələrin həyatı üçün təhlükə yoxdur. Məlumatda onların xəstəxana şəraitində müalicədən imtina etdikləri və bir neçə saatdan sonra evə buraxıldıqları qeyd olunur.

Noyabrın 21-də Bakı Dövlət Universitetinin üç tələbəsi də zəhərlənmişdi. Onların qidadan zəhərləndikləri ehtimal edilir.

Tələbələrdən biri vəfat edib. İkisi noyabrın 27-də xəstəxanadan buraxılıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG