Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:04

Dağlıq ərazilərdə qar gözlənir


arxiv foto

Martın 25-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron və Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20, arabir 23-28, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-yə çatacağı təxmin olunur.

Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 4-7, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG