Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:38

Pashinian-ı ‘Azərbaycana güzəştə hazır olmaqda’ ittiham edirlər


Grant Markaryan
Grant Markaryan

Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyası “Daşnaksutyun” Erməni İnqilabi Federasiyasının keçmiş sədr müavini Grant Markaryanın ittihamlarını rədd edib və bildirib ki, bu partiya “Ermənistan ordusunu qarət edən hökumət koalisiyasının” üzvü olub.

“Mənim addımım” fraksiyasının deputatı Ayk Gevorkyan xatırladıb ki, Daşnaksutyun partiyası “milyardları qəsb edən və orduya qurdlu kartof yedizdirən koalisiyanın” üzvü olduğunu unutmamalıdır.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə bundan əvvəl Grant Markaryan baş nazir Nikol Pashinian-ı Qarabağ siyasətinə görə sərt tənqid etmişdi.

O demişdi ki, Pashinian “münaqişə həm Qarabağ, həm Ermənistan, həm də Azərbaycan üçün məqbul şəkildə çözülməlidir” deməklə ondan əvvəlki prezidentlərin getmədiyi güzəştlərə hazır olduğunu bildirmək istəyir.

Daşnaksütyun nümayəndəsi bunu da demişdi ki, onda Qarabağa dair hər hansı ciddi narahatlıq yaransa, bu hakimiyyətin getməsi üçün bacardığını edəcək.

Andranik Kocharian
Andranik Kocharian

Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Kocharian isə Daşnaksütyun nümayəndəsinin tənqidinə cavab olaraq bildirib ki, Ermənistan ordusunu məhz bu partiyanın daxil olduğu keçmiş hökumət korrupsiya proseslərinə cəlb edib.

Pashinian-ın “münaqişənin həlli üç tərəf üçün məqbul olmalıdır” bəyanatına gəlincə isə, Andranik Kocharian deyib ki, “üç tərəfin razılığı olmadan uzunmüddətli və ləyaqətli sülh mümkün deyil”.

Kocharian deyib ki, bu gün Ermənistan, bir-iki il əvvəl, ən azı 2016-cı ildə olduğundan daha möhkəm sülh şəraitindədir:

“2016-cı ildə nə olmuşdu? Minsk qrupu onda da var idi. Amma nəsə olmuşdu axı...İstintaq komissiyasının diqqəti bunun səbəbini aydınlaşdırmağa yönəlib. Bilməliyik ki, bu hibrid müharibəsi niyə olub, amma guya müharibə olmamalıydı axı...”

Hakim partiyadan Ayk Gevorkyan isə bildirib ki, keçmiş hakimiyyət indi özünü müxalifət kimi təqdim etməyə çalışır, halbuki ölkəyə yeni müxalifət lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG