Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

Ermənistanın təhsil naziri istefa tələblərini rədd edir


Arayik Harutiunian
Arayik Harutiunian

Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri noyabrın 7-də istefasıyla bağlı çağırışları rədd edib. Onun istefasını diasporun dəstəklədiyi müxalifət partiyası tələb edir, siyasətinə etiraz aksiyası təşkil edib.

Mühafizəkar və millətçi Ermənistan İnqilab Federasiyasının (Daşnaksutyun) gənclər qanadının üzvləri nazir Arayik Harutiunian-ın iş yerində oturaq aksiya keçiriblər. Onlar nazirin irəli sürdüyü qanunvericilik təşəbbüsünə etiraz edirlər. Nazir universitetlərdə erməni dili, ədəbiyyatı və tarixinin öyrədilməsini könüllü etməyi təklif edir.

2018-ci ilin dekabrında parlamentə keçə bilməyən partiya nazirliyin maliyyələşdirdyi tamaşanı təhqiramiz hesab edir.

Ötən həftəsonu 20-ci əsrin əvvəlinə aid erməni poeziyası əsasında modernist pyesin məşqləri keçirilib. Daşnaksutyun üzvləri aktyorları “qeyri-ənənəvi” seksual oriyentasiyada və qeyri-vətənpərvər davranışda ittiham edirlər.


Nazir də partiyanı tənqid edir

2018-ci ilin “məxməri inqilab”ının aparıcı fiqurlarından, hakim Vətəndaş Müqaviləsi Partiyasının üzvü olan Harutiunian-ın tənqiddən ruhdan düşmədiyi görünüb.

“Yetərincə çalışmadığımı hiss edəndə istefa verməyə hazıram. İndi məsələ bu deyil”, – o deyib.

O, müxalif partiyanı islahatları əngəlləməkdə, ölkə içində “intizamsız davranış”da suçlayıb.

Harutiunian bu partiyanı Ermənistanın xaricindən dəstəkləyənləri “partiyalarının qayğısına qalmağa” çağırıb, çünki “ən qocaman siyasi partiyalarımızdan birinin adına uyğun davranmır”.

O, Daşnaksutyunun xaricdəki şöbələrini tərifləyib, deyib ki, “xaricə səfərlərim zamanı konstruktiv iş aparmağa hazır adekvat… tərəfdaşlar görürəm, Ermənistanda isə bunu görmürəm”.

1890-cı ildə təsis olunmuş Daşnaksutyunun xaricdə güclü bazası var. Erməni diasporu isə ailə bağları, pul köçürmələr, yardım və investisiya vasitəsilə ölkə siyasətində bir faktor sayılır.

Daşnaksutyun üzvü Gegham Manukian nazirin ittihamlarını rədd edib, onu partiyanın Ermənistanda və xaricdəki üzvləri arasında bölücülükdə ittiham edib.

“Arayik Harutiunian-a məsləhət görərdim ki, bu haqda düşünməyi belə ağlından keçirməsin, yoxsa sonu çox pis qurtarar”, – Manukian deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG