Rusiya ilə Azərbaycan sərhədində yaranan qarşıdurma zamanı 90 azərbaycanlı saxlanıb. 10 nəfərə cinayət işi açılıb. Bu barədə Rusiyanın rəsmi informasiya agentliyi olan Ria novosti məlumat verir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, yaxınlarda Azərbaycan nümayəndə heyətinin də Dağıstana səfəri gözlənir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə polis arasında qarşıdurmaya görə hakimiyyət nümayəndəsinin həyatına təhlükəli olan zorakılıq, başqasının əmlakına qəsdən zərər vurma ittihamları cinayət işi açılıb. Rusiya rəsmiləri hadisədə doqquz polis əməkdaşının xəsarət aldığını, beş xidməti avtomobilə ziyan dəydiyini bildirir.
Arxiv
-
Aprel 15, 2026Fermerlər soğanı sata bilmir: Məhsul zibilə tökülür
-
Aprel 15, 2026TƏBİB-ə yeni rəhbər təyin olunması nəyi dəyişəcək?
-
Aprel 14, 2026Tibbi sığorta məhkumlara da aid ediləcək - Nə dəyişəcək
-
Aprel 14, 2026Azərbaycanda prezidentin mətbuat katibi niyə danışmır?
-
Aprel 13, 2026Yüz milyonlarla pozuntu - Hesablama Palatası nə aşkar edib