Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Dənizdən pul qazananlar niyə onun təmizliyinə baxmır?


Çirkli çimərliklər: Vətəndaş niyə risk edir?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Çirkli çimərliklər: Vətəndaş niyə risk edir?

İyunun 15-dən yeni çimərlik mövsümü başlayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mövsüm öncəsi Xəzər sahilində 24 çimərlikdə montirinq aparıb.

Mərkəzin əməkdaşı Ziyəddin Kazımov deyir ki, monitorinq nəticəsində 5 çimərlik yararsız elan olunub:

“Qaradağ rayonundakı “Sahil”, Səbaeldəki “Şıx”, Türkan və Hövsan ərazilərindəki çimərliklər, bundan başqa Nabran və Sumqayıtdakı çimərliklər yarasızdır və vətəndaşların ora getməsi tövsiyyə olunmur.

Bu çimərliklərdə məişət-çirkab sularının bir-başa dənizə axıdılmasına görə, bağırsaq çöpləri ilə çirklənmə var. Amma digər çimərliklərə vətəndaşların getməsində hər hansı problem yoxdur”.

Ziyəddin Kazımov deyir ki, aparılmış monitorinqin nəticələri ilə bağlı tədbirlərin görülməsi üçün qərar Fövqalədə Hallar, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinə məlumat da göndərib.

Hələlik adı çəkilən dövlət orqanlarının bu xəbərdarlıqla bağlı hansı tədbirlər gördüklərini öyrənə bilməmişik.

Milli Ekoloji proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov cəmi 5 çimərlikdə problemlərin olmasına inanmır. O hesab edir ki, bütün çimərliklərdə dəniz suyundan götürülən analizlərin nəticələri ictimaiyyətə açıqlanmalıdır. Nəticələrin obyektivliyinə şübhələri azaltmaq üçün monitorinqlərdə ictimai təşkilatların da iştirakına şərait yaradılmalıdır.

Amma onun fikrincə, məhz inamsızlığın nəticəsidir ki, vətəndaşlar dövlət qurumlarının yararsız elan etdiyi çimərliklərə belə getməkdən çəkinmirlər.

Bəs, sadə vətəndaşlar hansı çimərlikləri təmiz və təhlükəsiz hesab edirlər? Bu mövzuda Bakı küçələrində ayaqüstü keçirdiyimiz sorğunu izləyək:

Hansı çimərlikləri təmiz, təhlükəsiz hesab edirsiz?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Dövlət Turizm Agentliyi deyir ki, çimərliklər pulsuz olmalı və hər kəs bundan istifadə edə bilməlidir. Azərbaycan hökumətinin əsas hədəflərindən biri də məhz çimərlik turizminin inkişafıdır. 2017-2020-ci illəri əhatə edən ayrıca tədbirlər proqramı da təsdiqlənib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, çimərliklərdəki problemlər həllini tapmadığından, bu sahənin də inkişafı ləngiyir. O, bildirir ki, çimərliklərlə bağlı fərman və sərəncamlar icra olunmur:

“Yəni, təmizləyici qurğular alınmırsa, tullantılar lazımi səviyyədə idarə olunmursa bu təşkilatlar bağlanmalıdır. Prezident işini icra edə bilməyən təşkilatlari bağlaya bilər. Çünki cənab prezident yaxşı, vaxtında sərəncamlar verir amma məmurlar bunu icra etmirlər”.

Telman Zeynalovun sözlərinə görə, dəniz suyu neft, məişət və çirkab suları, zibil və kənd təsərrüfatında istifadə olunan kimyəvi zəhərli tulantılarla çirkləndirilir.

Ekologiya Nazirliyi yanında fəaliyyət göstərən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzəri də çirklənmədən qorumaq üçün yoxlamalar apardığını bildirir.

Mərkəzdən deyirlər ki, aidiyyatı qurumlara tullantı sularının təmizlənməsi və zərərsizləşdirilməsi, neft hasilatı ilə məşğul olan şirkətlərə isə təmizləyici qurğuların quraşdırılması ilə bağlı tapşırıqlar verilir. Tapşırığı əməl etməyənlərə qarşı müəyyən cərimələr tətbiq olunur.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov iyunun 12-də keçirdiyi mətbuat konfransında çimərliklərdə görülən işlərdən də danışıb:

“Biz iki ay öncədən çimərlikləri işlədən bütün şirkətlərə məktub göndərmişdik ki, mövsüm başlayana qədər bioloji təmizlənmə qurğuları quraşdırmalıdılar. Amma mən çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi iaşə obyektlərində, istirahət mərkəzlərində bu qurğular quraşdırılmayıb”.

Ekologiya Nazirliyinin məlumatına görə, təkcə Hövsan kanalı vasitəsi ilə təmizlənmədən gün ərzində birbaşa dənizə axıdılan tullantı sularının həcmi 140 000 kubmetr-dir.

Müstəqil eskpertlər isə hesab edirlər ki, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam təchiz olunmayınca, tullantıların düzgün emalı gerçəkləşməyincə, neft şirkətlərinə nəzarət artmayınca Xəzərin təmizliyi mövzusu hələ çox müzakirə olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG