Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:28

Dünyanın ən böyük ət şirkətinə Rusiya hakerlərinin hücum etdiyi düşünülür


JBS ABŞ-ın ət tələbatının 20 faizini verir
JBS ABŞ-ın ət tələbatının 20 faizini verir

Dünyanın ən böyük ət emalçısı JBS-ə reketçi haker hücumuna görə şirkətin bəzi istehsalat əməliyyatları dayandırılıb.

Bu hücumun Rusiyada mənzillənmiş kiberkriminallar tərəfindən həyata keçirildiyi düşünülür.

Ağ Evin sözçüsü xanlm Karin Jan-Pyer iyunun 1-də deyib ki, şirkət ABŞ hökumətinə “böyük bir ehtimalla Rusiyada mənzillənmiş kriminal təşkilatdan reket tələbi aldığı barədə məlumat verib”.

Braziliyada mənzillənən və Şimal Amerika, Avstraliya, Latın Amerikası və Avropaya ət və ət məhsulları ixrac edən JBS mayın 31-də bildirib ki, onun Şimali Amerika və Avstraliyadakı IT sistemlərinin serverləri kibermüdaxilə vasitəsilə hədəflənib.

Şirkət bildirir ki, hücumdan təsirlənmiş bütün sistemlərin dayandırılıması üçün çevik hərəkət edilib və hazırda hökumət və üçüncü tərəf ekspertləri ilə situasiyanın çözümü üzərində iş gedir.

JBS bunu da bildirib ki, şirkətin ehtiyat serverləri təsirlənməyib və ehtimalən müdaxilə hər hansı məlumatın oğurlanmasına və ya bu məlumatdan qanunsuz istifadəyə səbəb olmayıb.

Şirkət qeyd edir ki, ekspertlərinn bu problemin üzərində işlədikləri müddətdə bir sıra müştərilər və təchizatçılarla müəyyən əməliyyatlar ləngiyə bilər.

Colonial Pipeline insidentinə bənzəyir

Bundan üç həftə əvvəl ABŞ-ın ən böyük enerji kəməri olan Colonial Pipeline yenə də ehtimalən Rusiyada mənzillənmiş kriminalların haker hücumuna məruz qalmışdı.

Bunun nəticəsində ABŞ-ın şərq sahili hissəsində benzin çatışmazlığı yaranmışdı.

Bu da xəbər verilir ki, Colonial kəməri problemin həlli üçün kriminallara kriptovalyuta ilə 5 milyon dollar girovpulu ödəyib.

Reketçı haker hücumları zamanı hər hansı hədəfin datası rəqəmsal qaydada şifrə ilə kilidlənir və bundan sonra kriminallar deşifrə üçün kilid açarının müqabilində girovpulu tələb edirlər.

Bu hücumlar çox vaxt Rusiyadan kənarda əməliyyat aparan kriminal sindikatlar tərəfindıən həyata keçirilir.

Kibercanilər adətən hökumətləri və ölkələrin həyati mühüm infrastrukturunu hədəfləyirlər.

Bayden bu məsələni Putinlə görüşdə qaldıracaq

Colonial kəmərinə hücumdam sonra ABŞ prezidenti Co Bayden demişdi ki, iyunun 16-da prezident Vladimir Putinlə Cenevrədə keçiriləcək görüşündə Rusiyanın reketçi kriminalları himayə etməsi məsələsini qaldıracaq.

Xanım Jan-Pyer deyib ki, Ağ Ev bu məsələni birbaşa Rusiya hökuməti ilə müzakirə edir və Moskvaya “məsuliyyətli dövlətlərin reketçi caniləri himayə etmədiyi barədə birbaşa mesaj” verir.

JBS şirkətinə hücumu da ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) araşdırır.

JBS üzərinə hücumun nəticələri artıq özünü büruzə verir. Xəbər verilir ki, şirkətin Avstraliyadakı biznesi iflic vəziyyətinə düşüb və Birləşmiş Ştatlardakı bir neçə sallaqxana hasilatı dayandırmalı olub.

Ümumilikdə hadisədən ABŞ-ın ət təchizatının beşdə biri təsirlənib.

Bu da bildirilir ki, əgər təchizatda fasilə uzanarsa, ət və ət məhsullarının qiymətləri qalxa bilər.

Birləşmiş Ştatlar son aylarda daha iki böyük haker həmləsinə məruz qalıb.

SolarWinds şəbəkəsinə haker hücumu ABŞ hökumətinin və özəl sektorun serverlərinə müdaxilə ilə nəticələnib.

Daha bir hücuma Microsoft şirkətinin elektron poçt sistemləri məruz qalıb.

ABŞ hökuməti SolarWinds üzərinə hücuma görə Rusiya dövlətinə bağlı hakerləri ittiham edir.

Microsoft isə Çin kibercasusluq kampaniyasının hücumuna məruz qaldığını bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG