Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Koronavirusa yoluxanların sayı 1 milyonu keçdi


Bütün dünyada koronavirusa yoluxanların sayı aprelin 2-də 1 milyon nəfəri keçib.

Bu xəbər Birləşmiş Ştatlardakı Johns Hopkins Universitetinin məlumat bazasına əsasən verilib.

Dünya üzrə indiyədək COVID-19 xəstəliyindən ölənlərin sayı 51,400 nəfərdir.

Bu da qeyd olunmalıdır ki, ölümlər və infeksiya barədə bu rəqəmlər reallıqda olduğundan xeyli az ola bilər.

Belə bir dəqiqsizliyə səbəb müxtəlif ölkələrdə müxtəlif statistika təcrübələrinin olması, xəstəliyi çox yüngül keçirənlərin həkimə müraciət etməməsi, analizlərin çatışmazlığı və qeyri-dəqiqliyi və bir sıra ölkələrin əsl statistikanı gizlətməsidir.

Johns Hopkins Universitetinin apardığı statistikaya görə ən çox yoluxma halları Birləşmiş Ştatlarda qeydə alınıb.

Bu ölkədə indiyədək COVID-19 virusuna 236,339 yoluxma olub. Bunlardan 5810-u dünyasını dəyişib.

Ölüm hallarına görə kədərli liderliyi İtaliya edir. Bu ölkədə koronavirusdan 13,915 nəfər vəfat edib. İtaliyada bugünədək bu virusa 115,242 nəfər yoluxub.

Tənəffüs sistemininin zədələnməsi ilə müşayiət olunan COVID-19 epidemiyası üç ay əvvəl Çinin Uhan şəhərində başlanıb.

Dünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib.

Dünya üzrə aprelin 2-ə olan məlumata görə koronavirusdan sağalanların sayı 211,879 nəfərə çatıb.

Koronavirusa görə yeni qaydalar tədbiq edilir
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG