Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:50

Dünya miqrantlarının sayı 272 milyona çatır


BMT sentyabrın 17-də bildirib ki, dünya boyunca miqrantların sayı 2019-cu ildə təxminən 272 milyon nəfərə çatıb və bu rəqəm artmaqda davam edir.

BMT İqtisadi və Sosial İşlər departamentinin hesabatına görə, 2010-cu ildən bəri miqrant sayının 51 milyon nəfər artması o demədkir ki, indi bu artım tempinə görə dünyanın əhali artımını üstələyir.

Departamentin rəhbəri Liu Zhenmin deyib ki, bu rəqəmlər miqrantların və miqrasiyasının həm mənbə, həm də istiqamət ölkələrinin inkişafındakı rolunu başa düşmək üçün kritik əhəmiyyət kəsb edir.

İndi miqrantlar dünya əhalisinin 3.5 faizini təşkil edirlər. Bu rəqəm 2010-cu ildə 2.8 faiz idi.

Hesabatda deyilir ki, beynəlxalq sərhədlər üzərindən zorakılıqlara görə miqrasiya yüksəlişdədir.

Məhz buna görə də 2010-2017-ci illər arasında qaçqın və sığınacaq istəyənlərin sayı 13 milyon nəfər artıb.

Miqrant sayına görə Şimali Amerikanı da geridə qoyan Avropa 82 milyon insana sığınacaq verib.

Ölkə-ölkə götürülərsə, qlobal miqrantların 20 faizi (51 milyon nəfər) ABŞ-da yerləşib.

Miqrant sayına görə ikinci və üçüncü yerləri Almaniya və Səudiyyə Ərəbistanı bölüşürlər.

Mənbə ölkələrinə gəlincə, Hindistanda doğulmuş 18 milyon nəfər hazırda xaricdə yaşayır. Miqrant mənbəyi kimi Meksika ikinci, Çin üçüncü, Rusiya 4-cü yerdədir.

BMT-nin hesabatında qeyd olunur ki, miqrantlar eyni regionun ölkələri arasında yerlərini dəyişirlər və hər dörd miqrantdan üçü əməkçi yaşındandadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG