Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

ABŞ kütləvi deportasiyalara başlayacağını deyir


ABŞ-da immiqrasiya fəalları
ABŞ-da immiqrasiya fəalları

ABŞ rəsmiləri deyirlər ki, deportasiya olunmalı azı 2 min mühacir ailənin həbsinə başlayacaq. İndiyədək Prezident Donald Trump ölkədəki “milyonlarla” qanunsuz mühaciri çıxarmağı vəd edib.

Ölkədə qanunsuz yaşayanlara qarşı kütləvi əməliyyatın iyulun 14-də başlanacağı gözlənir. Əməliyyat ötən ay təxirə salınmışdı.

“The New York Times” dünən – iyulun 11-də yazıb ki, Trump-ın iyunun 17-də elan elədiyi reydlər administrasiya daxilində fikir ayrılıqları ucbatından ertələnib.

İmmiqrant hüquqları fəalları planlaşdırılan reydlərlə bağlı narazılıq səsləndirirlər, çünki bu reydlərin yekun deportasiya orderləri olanları, 10 şəhərdə işlərinə sürətlə baxılan ailələri də əhatələyəcəyi bildirilir.

Donald Trump
Donald Trump

“İcmalarımız daimi qorxu içində yaşayırlar”, – Çikaqoda İmmiqrasiya və Gömrük İdarəsinin qarşısında fəal Estela Vara deyib. Bu yürüşdə “Deportasiya yox, immiqrasiya!” şüarı səslənib.

Birləşmiş Ştatlarda əvvəllərdə də oxşar əməliyyatlar aparılıb, ancaq onlar adətən ailələri deyil, kriminal tarixçəsi olan mühacirləri hədəfə alıb.

Trump qanunsuz immiqrasiya ilə mübarizəni administrasiyasının əsas hədəfi adlandırır. Ancaq tənqidçilərin fikrincə, o, siyasi məqsədlərlə miqrant əhaliyə qarşı ədavət yaratmağa çalışır.

Trump son günlər deportasiyaların qaçılmaz olmasına eyham vurub.

“Mən onlara reyd deməzdim. Deyirəm ki, onlar qanunsuz gəliblər və onları qanuni olaraq ölkədən çıxarırıq”, – o deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG