Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Əgər bağçadakı uşağın yemək pulunu valideyn verirsə... (VIDEO)


Bağça uşaqlarının yemək büdcəsi niyə kəsilir?
Gözlə

No media source currently available

0:00 0:09:55 0:00

Bağça uşaqlarının yemək büdcəsi niyə kəsilir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev büdcə layihəsini analiz edərək bildirir ki, 2020-ci ilin dövlət büdcəsində məktəbəqədər təhsil müəssisələrində ərzaq xərcləri 35 faizə qədər azaldılır və 65 milyon manata endirilir.

Məktəbəqədər təhsil müəssisəsinin sadə dildə açımı uşaq bağçası deməkdir.

Bəs, hazırda dövlət uşaq bağçalarında uşaqların yeməyinin keyfiyyəti necədir, valideynləri qane edirmi?

AzadlıqRadiosu bu suallarla Bakı sakinlərinə də müraciət edib:

Uşaq bağçalarında yemək sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Hazırda uşaq bağçalarını ərzaqla Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti təchiz edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov AzadlıqRadiosuna deyir ki, bir icraçı qurum kimi Milli Məclis nə qədər vəsait ayırsa, onu da xərcləyəcəklər.

Beləliklə, azadılmanın nəyin hesabına aparılacağı, uşaqların süfrəsindən gələn il nələrəin azalacağı barədə sual açıq qalır.

İqtisadçı Rövşən Ağayev isə bildirir ki, bu rəqəmin birdən birə azaldılması sual doğurur:

“Aydındır ki, qısa müddətdə nə ərzağın qiymətlərində, nə də uşaqların sayında belə kəskin qalxıb-enmə ola bilməz və onlar da xərclərin bu cür ziqzaqvari hərəkətinə gətirməz. Ehtimal etdiyim versiya: burda hansısa qara maraqlar uşaqların ərzağından qazanmaq üçün qara oyunlar qurur...”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Şəmsəddin Hacıyev AzadlıqRadiosuna deyir ki, gələn il ümumilikdə məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsait 323,1 milyon manatdır, bu da 2019-cu illə müqayisədə 94 milyon manat çoxdur. Amma Şəmsəddin Hacıyev məhz qida təchizatı ilə bağlı vəsaitin azaldılmasına aydınlıq gətirməyib.

Yeməkpulunu valideyin verəcəksə...

İmişli sakini Musəf Rüstəmov deyir ki, şəhərin dövlət bağçaları indi də uşaqları yedirtmək üçün valideynlərin köməyinə möhtacdır:

“Valideynlərdən beş manat yığırlar. Valideyn uşaq bağçasında öz yeməyini yedirəcəksə, onda uşaq bağçasına nə ehtiyac var, onda elə evində saxlayar uşağını...”

Musəf Rüstəmov hesab edir ki, uşaq bağçalarında qida təchizatı əksinə yaxşılaşdırılmalıdır.

Dövlət Statistikasına görə, Azərbaycanda 1780 məktəbəqədər müəssisə var. Onların nə qədərinin dövlət müəssisəsi olması barədə məlumat verilmir.

Dövlət normativinə görə, 4-6 yaşlı uşaqlara gün ərzində

85-100 qram ət,
200-240 qram tərəvəz,
80-100 qram meyvə,
təqribən yarım litr süd, kefir, qatıq verilməlidir.

Amma uşaqlara bu normativ əsasında yemək verildiyinə şübhə edənlər də var.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Ağayev bildirir ki, 2017-ci ildə məktəbəqədər təhsil müəssisələrində ərzaq alınmasına 41.6 mln. manat xərclənmişdi, onun sözlərinə görə, bu sahəyə ayrılan büdcə sabit deyil:

“2018-ci ildə proqnozu birdən-birə az qala 3 dəfə azaltdılar və 17.2 mln. manat xərc nəzərdə tutuldu. Amma il bitəndən sonra bəlli oldu ki, 17.2 mln. manat yox, faktiki olaraq 53.7 mln. manat xərclənib. 2019-cu il gəldi - məktəbəqədər təhsil ərzaq xərcləri az qala 2 dəfə artırıldı - 53 mln. manatdan 97.3 mln. manata çatdırıldı. İndi isə 2020-ci il gəlib, həmin xərclər 35%-ə yaxın azaldılaraq 65 mln. manata endirilib”.

Dövlət büdcəsi ikinci oxunuşda qəbul olunub. Onun təsdiqlənməsi dekabrın sonuna qədər başa çatmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG