Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:34

Cümhuriyyətin 100 yaşına ən böyük hədiyyə demokratiya olmalıydı


Tam 100 il öncə bu gün - 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi. Özünün dövlət bayrağı, himni, gerbi yaradıldı, sərhədləri müəyyənləşdirildi, ana dili elan edildi. Azərbaycanın ilk universitetinin təsisi də bu ərəfəyə təsadüf edir.

Tarixçi Altay Göyüşov hesab edir ki, Azərbaycan hakimiyyəti bu şanlı tarixin 100 illiyi ilə bağlı müəyyən işlər gördü. Amma onun fikrincə, Cümhuriyyətin 100 illiyinə ən böyük hədiyyə Azərbaycanın demokratikləşməsi istiqamətində real addımlar ola bilərdi:

"Bu günləri biz Cümhuriyyətin 100 illiyini qeyd etsək də, təəssüflər olsun ki, onun ideallarını reallaşdırmaqda, özəlliklə, demokratikləşmə və digər azadlıqlarının təmin olunmasında problemlər var".

Prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ötən ilin mayında sərəncam verib.

Bayram günü də prezident Cümhuriyyətinin şərəfinə paytaxtda ucaldılmış abidəni ziyarət edib. O yubiley münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında o deyib ki, dövlət Cümhuriyyət qurucularının xatirəsinə hörmətlə yanaşır.

"Dövlət Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə hörmətlə yanaşır, onların adları əbədiləşdirilir. Bir neçə il öncə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. 2018-ci il isə ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunub".

Azərbaycan hökuməti bildirir ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı 100-dən çox tədbir keçirilib. Bu tədbirlər əsasən təshil müəssisələrində konfransların təşkilindən ibarətdir. Paytaxt rəhbərliyi bayram axşamı Bakıda atəşfaşanlıq da olacağını bildirib.

Bəs, Bakı sakinləri bu günü necə qeyd edir? AzadlıqRadiosu videosorğu keçirib:

28 May Respublika Günü necə qeyd edilir?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Qurucu babaların məzarları Azərbaycana gətirilsin

Tarixçi Altay Göyüşovun Cümhuriyyətin 100 illiyi ilə bağlı arzuları var. İlk olaraq, cümhuriyyət qurucularının xaricdəki məzarlarının Bakıya gətirilməsini arzulayır:

"Bu bizim kimliyimizdir. Bu böyük bir nailliyyət ola bilərdi. Digər bir tərəfdən Azərbaycan cümhuriyyət rəhbərlərinin Bakının müxtəlif yerlərində abidələrin ucaldılması olduqca vacib məqamdır. Amma biz bunun əksini eşidirik. Cümhuriyyətinin əsasını qoyanların, hətta onların irsinin aradan götürülməsini görürük".

Başqa bir tarixçi İtaliyadakı Avropa Universtitetinin doktorantı Türkay Qasımlı isə ilk olaraq, Azərbaycanda təhsilə, maarifçiliyə önəm verilməsinin arzusundadır. O, "XIX əsrdə maarifçilik hərəkatı" adlı elmi iş üzərində çalışır. Deyir ki, bu mövzunu dərindən öyrəndikcə təhsilin cəmiyyətdəki önəmini daha çox anlayır:

"Misal üçün qadın hüquqları. Hələ 1850-ci illərdə Axundov öz əsərlərində qadın hüquqlarını təbliğ edirdi, qadınların acınacaqlı vəziyyətinə, hüquqsuzluğuna kəskin etirazlar vardı".

Türkay Qasımlı əlavə edir ki, bu cür misallar artırıla da bilər. Cümhuriyyət qurulduqdan sonra qadına ilk dəfə səsvermə hüququ tanındı. Onun fikrincə, Cümhuriyyətin əsas ideyaları məhz maarifçilik, insan haqlarının qorunmasına xidmət edirdi. O bu baxımdan cümhuriyyət qurucularının ideallarının, onların dəyərlərinin 100 illiklə bağlı xüsusi təbliğini də görməyi arzulayır.

Tənqidçilər adətən deyirlər ki, hökumət cümhuriyyət qurucularının adının əbidələşdirilməsində, dəyərlərinin bərqarar olmasında o qədər də həvəsli deyil.

Hakimiyyət təmsilçiləri isə bu cür tənqidləri rədd edirlər. Onlar dövlətin Cümhuriyyət dövrünə hər zaman qayğı ilə yanaşıldığını vurğulayırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG