Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 07:17

2030-cu ilədək QİÇS-in kökünün kəsilməsi üçün...


Arxiv fotosu

UNAIDS hökumətlərdən xahiş edir ki, adamların xidmətlərə çıxışını kəsən bərabərsizliklərə diqqət ayırsınlar. Bunu agentliyin İcraçı Direktoru Uinni Byanyima deyib

BMT-nin QİÇS-lə mübarizə proqramının başçısı deyir ki, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) xəstəliyini törədən insanda immunçatışmazlığı virusunun (İİV) 2030-cu ilədək aradan qaldırılacağına nikbin yanaşır.

40 ölkədə ölüm halları 90 faiz azala bilər

UNAIDS hökumətlərdən xahiş edir ki, adamların xidmətlərə çıxışını kəsən bərabərsizliklərə diqqət ayırsınlar. Bunu agentliyin İcraçı Direktoru Uinni Byanyima deyib.

“Onlar daha çox risk altında olan qruplar üçün boşluqları aradan qaldıra bilsələr, 2030-cu ilədək AIDS-ə son qoya bilərik”, – o vurğulayıb.

2030-cu iləcən azı 40 ölkə QİÇS-lə bağlı ölüm hallarında 90 faiz azalmaya nail ola biləcəklər. Onlardan doqquzu şərqi və cənubi Afrika ölkələridir, UNAİDS bildirib.

37 milyon nəfərin üçdə ikisi...

BMT-nin İİV və QİÇS üzrə birgə agentliyinin məlumatına görə, dünyada 37.6 milyon nəfərdə İİV var və onlardan üçdə ikisi müalicə alır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 40 il öncə, 1981-ci il iyunun 5-də sirli immun çatışmazlığı xəstəliyi haqda məlumat verib. O vaxtdan QİÇS-in səbəb olduğu ağırlaşmalardan 35 milyonadək insan həlak olub.

Byanyima COVID-19 pandemiyası ilə mübarizədə göstərilmiş siyasi iradəni QİÇS-lə mübarizəyə də tətbiq etməyə çağırıb, bunu “tamamlanmamış iş” adlandırıb.

Gələn həftə Nyu Yorkda keçiriləcək QİÇS sammitində BMT ianələrlə bağlı yeni müraciətlə çıxış edəcək. UNAIDS ildə 29 milyard dollar sərmayə gərəkdiyini bildirir.

Şərhlər

XS
SM
MD
LG