Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Koronavirusla mübarizədə QİÇS-dən nəyi öyrənməli


Arxiv fotosu
Arxiv fotosu

UNAIDS xəbərdarlıq edib ki, koronavirus pandemiyası dövründə tibbi xidmətlərin pozulması 2022-ci ilədək əlavə 293 min İİV-ə yoluxma və 148 min QİÇS-ə bağlı ölümlə sonuclana bilər

Bu il 1 dekabr – QİÇS-lə Beynəlxalq Mübarizə Günü dünyanın başı koronavirus pandemiyasına qarışdığı bir dönəmdə qeyd olunur.

BMT-nin Birgə İİV və QİÇS Proqramının (UNAIDS) icraçı direktoru deyib ki, insanlar COVID-19 vaksinləri gözlədikləri bir vaxtda insanda immun çatışmazlığı virusunu (İİV) unutmamalıdırlar, “vaksinlərin yalnız zənginlərin imtiyazına çevrilməməsini təmin etməlidirlər”.

Uinni Byanyima bəyanatında qeyd edib ki, dünya İİV-ə qarşı mübarizədə yol verilən səhvlərdən öyrənməlidir, “o zaman inkişaf etməkdə olan ölkələrdə milyonlarla insan müalicəsini gözləyərək vəfat edirdi”.

Onun sözlərinə görə, COVID-19 onsuz da mövcud olan bərabərsizlikləri genişləndirir, dünyanın son 20 ildə səhiyyə və inkişafda, o cümlədən İİV-ə qarşı əldə etdiyi proqresə təhdid yaradır.

UNAIDS xəbərdarlıq edib ki, koronavirus pandemiyası dövründə tibbi xidmətlərin pozulması 2022-ci ilədək əlavə 293 min İİV-ə yoluxma və 148 min QİÇS-ə bağlı ölümlə sonuclana bilər.

12 milyon xəstə dərman tapmayıb

Qurumun ötən həftə yayılmış illik hesabatına görə, ötən il İİV-ə yoluxmuş 12 milyon nəfərin dərmana çıxışı olmayıb.

Hesabatda deyilirdi ki, 2019-cu ildə 1.7 milyon nəfər təməl xidmətlərin yoxluğu ucbatından İİV-ə yoluxub.

Byanyima İİV fəallarını da alqışlayıb, onları bu virusa qarşı mübarizənin “əsas sütunu” adlandırıb.

“İcmalar daxilində, bir-biri qarşısında birgə məsuliyyətin ruhlandırdığı güc-qüdrət İİV üzərində qələbəmizə böyük töhfə verib”, – o vurğulayıb.

Hazırda dünyada 38 milyondan çox insanın İİV-ə yoluxduğu bildirilir. QİÇS pandemiyası 1980-ci illərdə başlayandan 33 milyona yaxın insanın həyatına son qoyub. QİÇS-lə Beynəlxalq Mübarizə Günü 1988-ci il dekabrın 1-dən qeyd edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG