Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Corciyada səslərin təkrar əllə sayılmasından sonra da Bayden qalib olub


Co Bayden
Co Bayden

ABŞ-da Corciya ştatının dövlət katibi Bred Raffensperger prezident seçkisində verilmiş səslərin təkrar hesablanmasından sonra demokrat namizəd Co Baydenin hazırkı prezident Donald Tramp üzərində cüzi fərqlə qələbəsini təsbit edib:

"Bütün respublikaçılar kimi mən də məyus olmuşam. Çünki bizim namizədimiz Corciya ştatında qalib ola bilməyib”.

Raffensperger noyabrın 20-də Tramp tərəfdarı olduğunu etiraf etmişdi:

"Mən belə bir əqidədəyəm ki, rəqəmlər yalan demir. Bir dövlət katibi kimi inanıram ki, bizim bugün açıqladığımız nəticə rəqəmləri səhihdir”.

5 milyon səs yenidən sayılmalıdır

AzadlıqRadiosu yazır ki, qeyri-rəsmi nəticələrə görə Bayden Trampdan təxminən 14 min səs irəlidə olduğuna görə, qanunla bu ştat üzrə 5 milyon seçicinin səsi yenidən əllə sayılıb.

Raffenspergerin elan etdiyi nəticələrə görə Bayden 2.47 milyon, Tramp isə 2.46 milyon seçicinin səsini qazanıb.

Bu ştat üzrə səslərin 62 min 138-ni liberal namizəd Co Yorgensen qazanıb. Beləliklə, Bayden bu ştat üzrə 12670 seçici səsi və ya 0.25 faiz üstünlük qazana bilib.

Tramp kampaniyası səslərin bir daha yenidən sayılmasını tələb edə bilər, beləki fərq 0.5 faizdən azdır.

Lakin buna baxmayaraq Associated Press agentliyi və ABŞ televiziya şəbəkələri Corciya ştatı üzrə Baydenin qalib olduğunu bildiriblər.

Bayden noyabrın 7-də 270 seçki kollegiyası səsini qazandıqdan sonra ABŞ prezident seçkisinin qalibi elan edilib.

Fırıldaq barədə iddialar əsassızdır

Corciya üzrə 16 seçki kollegiyası səsi nəzərə alınmaqla Bayden 306, Tramp isə 232 səs qazanıb.

Corciya ştatında qələbə demokratlar üçün xüsusi önəm daşıyır, çünki onlar 1992-ci ildə prezident Bill Klintonun qələbəsindən bu yana bu ştatda uğur qazana bilməyiblər.

Hazırkı prezident Donald Tramp Baydenin böyük fərqlə qalib gəlməsinə baxmayaraq seçki nəticələrini hüquqi müstəvidə dəyişməyə səy göstərir.

Bu arada noyabrın 19-da federal hakim Tramp kampaniyasının Corciya ştatı üzrə seçki nəticəsinin təsdiqlənməsinin dayandırılmasına dair vəsatətini rədd edib.

Corciya ştatı üzrə səsvermə meneceri Qabriel Sterlinq Fox News telekanalına deyib ki, Trampın seçki fırıldağı barədə ittihamları əsassızdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG