Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:05

Keçmiş FTB direktoru Ağ Evi yalan və böhtanda ittiham edib


James Comey
James Comey

FTB-nin keçmiş direktoru James Comey belə bir fikir yürüdüb ki, prezident Donald Trump büroda böyük problemlərin olduğunu deməklə yalan danışıb.

Comey inandığını bildirib ki, Trump onu vəzifəsindən büronun Rusiya rəsmiləri ilə kommunikasiyalara dair cinayət təhqiqatı apardığına görə çıxarıb.

İyunun 8-də Senatın Kəşfiyyat Komitəsiin dinləməsində danışan Comey deyib ki, Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə təmaslarına həsr olunmuş təhqiqatın aparılma tərzi prezidenti “əsəbiləşdirib” və o FTB direktorunu işdən çıxarmağı qərara alıb.

Lakin Trump-ın şəxsi vəkili Marc Kasowitz bu iddiaları rədd edib və Comey-niprezidentlə “imtiyazlı kommunikasiyalarını” “icazəsiz açıqlamaqda” ittiham edib.

Müxbirlər yazırlar ki, Comey-nin kəskin açıqlamaları Ağ Evin siyasi təlatüm tarixində indiyədək ən yaddaqalan fəsil olub.

Comey ifadəsinin əvvəlində deyib ki, “məni Konqres on il müddətinə FTB direktoru vəzifəsinə təyin etmilşdi, lakin mən indi başa düşürəm ki, prezident məni hər hansı səbəbdən və ya səbəbsiz olaraq işdən kənarlaşdıra bilərmiş”.

Suallara cavab verərkən, Comey Rusiyanın ABŞ seçki kampaniyasına müdaxiləsinə tam əmin olduğunu bildirib.

Comey deyib ki, belə bir müdaxilənin mövcudluğunu ilk dəfə 2015-ci ilin yayında bilib.

O Trump-ın onu guya işinin öhdəsindən yaxşı gələ bilmədiyinə görə vəzifədən çıxarmasına dair iddiasını rədd edib.

Comey deyib ki, əvvəllər prezident Obama ilə hər hansı danışıqlarının qeydiyyatını aparmasa da, prezident Trump-la söhbətlərinin qeydiyyatını aparıb, çünki başa düşüb ki, Trump bir gün bu söhbətlərin məzmunu barəsində yalan danışa bilər.

James Comey bildirib ki, prezident ona Rusiyaya dair təhqiqatın dayandırılması barədə birbaşa göstəriş verməyib.

O deyib ki, prezident Flynn-ə dair təhiqatın qurtarmasına ümid etdiyini bildirib. Comey deyib ki, o bunu hərəkət üçün istiqamət kimi başa düşüb.

James Comey deyib ki, prezidentin onu vəzifədə saxlaması üçün müqabilində nəsə gözlədiyini hiss edib.

Nə üçün prezidentin Rusiya təhqiqatına və Comey-nin loyallığına dair söhbətlərinin qanunsuz olduğunu prezidentin dərhal və açıq şəkildə nəzərinə çatdırmadığına dair suallara cavab verərkən Comey sarsıldığını, lakin qətiyyətli reaksiya vermədiyini etiraf edib.

Trump-la birgə şam etməyi məsələsinə gəlincə, Comey deyib ki, yemək dəvətini alanda orada başqa adamların da olacağını düşünürmüş.

Keçmiş FTB başçısı deyib ki, həmin şamı çıxmaq şərtilə heç vaxt başqa prezidentlə şam etməyib.

Keçmiş FTB başçısı deyib ki, vəzifədən Rusiyaya dair araşdırmanı apardığına görə çıxarıldığını düşünür.

James Comey deyib ki, vəzifədən çıxardılanadək Trump onun işi barəsində heç bir tənqid və narazılıq bildirməyib.

Dinləmə zamanı Comey Trump-ın seçki komandası ilə Rusiya rəsmiləri arasında kommunikasiyalara dair suallara açıq dinləmədə cavab verə bilməyəcəyini deyib.

Comey-nin sual-cavab edilməsi başa çatdıqdan sonra ABŞ Senatı Kəşfiyyat Komitəsinin sədri Richard Burr bəyan edib ki, dinləmələr az sonra bağlı qapılar arxasında davam etdiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG