Hillary və Bill Clinton-ların Nyu-Yorkdakı evlərinə naməlum şəxslər iki partlayıcı qurğu göndəriblər. Onları evdə poçtu və bağlamarı çeşidləyən işçi aşkarlayıb, “The New York Times” yazır. Partlayıcı qurğu ABŞ-ın keçmiş prezidenti Barack Obama-nın evinə də göndərilib.
Bu haqda oktyabrın 24-də məlum olub və qəzet artıq hüquq-mühafizə orqanlarının həmin binlarada araşdırma apardıqlarını yazır.
Qəzetin qaynağı bildirir ki, həmin partlayıcı qurğular az öncə milyarder George Soros-un poçt yeşiyində tapılanlara bənzəyir.
Hələlik bu hadisələr arasında əlaqə olub-olmadığı bəlli deyil.