Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:48

Amerikalılar Trumpdan da, Clintondan da beziblər


Donald Trump və Hilary Clinton (kombo)
Donald Trump və Hilary Clinton (kombo)

ABŞ-dakı prezident seçkilərinə bir neçə ay qalır, iki rəqib arasında mübarizənin getdikcə gərginləşdiyi, kampaniyaların kəskinləşdiyi göz önündədir. AFP yazır ki, belə bir vaxtda artıq bir məsələ aydındır: amerikalılar prezidentliyə namizədlər Hillary ClintonDonald Trump-dan beziblər. İyunun 28-də keçirilən rəy sorğusundan sonra bu nəticəyə gəlinib.

Bəs seçiciləri bu iki fərqli siyasətçidən uzaq salan, bezdirən səbəb nədir? Bu haqda az sonra. İndilik iki rəqiblə bağlı sorğuların nəticələrinə diqqət yetirək.

CLİNTON TRUMPI İKİCƏ FAİZ QABAQLAYIR

Sorğunu Quinnipiac Universiteti keçirib. Sonuncu milli sorğuda bəlli olub ki, Clinton Trump-ı yalnız 2 faiz qabaqlayır: 42 faizin 40-a nisbətində. Adıçəkilən təşkilatın iyunun 1-ə olan sorğusunda isə həmin fərq yalnız 4 faiz idi.

Bundan başqa, universitetin ortaya qoyduğu nəticələr iyunun 26-da ABC News/Washington Post poll-un sorğusunun nəticələrindən fərqlidir. İndiki sorğuda Clinton-un 12 ballıq üstünlüyü əhəmiyyətli dərəcədə azdır. AFP yazır ki, bu üstünlüyü isə Hillary Clinton Donald Trump-ın son qeyri-dəqiq addımları ilə bazarlıq edərək əldə edib.

SEÇİCİ NİFRƏTİN ARTMASINDAN NARAZIDIR

Qeydiyyatdan keçmiş 1610 seçici arasında keçirilmiş Quinnipiac-ın sorğusunda 61 faiz hesab edir ki, 2016-cı il seçki kampaniyası «ABŞ-da nifrətin və qərəzin səviyyəsini artırıb».

Bu qrupda respondentlərin üçdə ikisi Trump-ın kampaniyasını, 16 faiz isə Clintonun komandasını ittiham edib.

«İKİ ZƏHLƏTÖKƏN KAMPANİYA ARASINDA QALIBLAR»

Quinnipiac sorğusunun direktor müavini Tim Malloy açıqlamasında deyib: «Seçicilər sevmədikləri iki namizədin zəhlətökən kampaniyası arasında qalıblar. Onlar nə o, nə də bu namizədin yaxşı prezident olacağına inanır».

Trump kampaniyanın gedişində partlayıcı maddə təsiri olan bəyanatlarla çıxış edib. Bunların sırasında Birləşmiş Ştatlara müsəlmanların girişinin qadağan edilməsindən tutmuş meksikalıların quldur və cinayətkar kimi təsvir edilməsinə qədər müxtəlif fikirlər yer alıb.

Orlando-dakı gey-klubda kütləvi güllələmə hadisəsindən sonra ədəbsiz iş adamı Twitter-də «radikal islam terrorizminə görə özünü haqlı çıxararaq» təbrik etdiyinə görə ittihamların nişangahı olub.

Amma bu tənqidlər respublikaçı namizədi çıxışlarında ehtiyatlı olmağa sövq edə bilmir, o, yenə də yüz ölçüb bir danışa bilmir və ya belə deyək danışmaq istəmir.

Başa vurduğumuz həftə Trump üçün qaynar həftə olub. Təcrübəsiz siyasətçi bu yaxınlarda kampaniyanın menecerini işdən qovub. Bundan başqa, o, mayın sonlarında kampaniyasına çox cüzi, cəmi 1,3 milyon dollar xərclədiyinə görə tənqid atəşinə tuş gəlib.

CLİNTONUN ÜSTÜNLÜYÜ HAZIRLIQLI OLMASIDIR

Respondentlərin 58 faizi 33 faizə qarşı keçmiş dövlət katibi Clintonun prezident olmaq üçün Trump-a nisbətən daha yaxşı hazırlıqlı olduğunu bildirib.

Amma onlar yeni iş yerlərinin yaradılması (52-40 nisbətdə) və «İslam dövləti» ekstremistlərinin ram edilməsi (52-39 nisbətdə) məsələsində Trump-ın daha yaxşı olacağını qeyd edirlər.

Sorğunu keçirənlər onun 2.4 faiz xətaya malik odluğunu bildirirlər.

Hillary Clinton noyabrdakı seçkilərdə qalib gələcəyi halda ABŞ tarixində ilk qadın prezident olacaq. O Amerikanın sabiq prezidenti Bill Clintonun xanımıdır. Obamanın prezidentliyi dövründə dövlət katibi vəzifəsində çalışıb.

XS
SM
MD
LG