Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 00:47

Clinton Trump-ı boşboğazlıqda, Trump isə...


Hillary Clinton|Donald Trump

-

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton deyib ki, rəqibi Donald Trump xaraktercə Amerika prezidentliyinə layiq deyil.

Clinton Trump-ın fikirlərinin təhlükəli olduğunu da bildirib: «O, sadəcə, boş sözlər, şəxsi intriqalar və yalanlarla gününü keçirməyə çalışır. Amerika prezident kürsüsündə belə bir adamı oturdacaq ölkə deyil».

Bu arada Donald Trump H.Clinton-u yalançılıqda ittiham edib. Deyib ki, xanım Clinton Amerikaya liderlik edəcək şəxs deyil: «O, heç bacarıqlı da deyil, təbii deyil, bu vəzifəyə uyğun deyil. O, acgözdür. Elə acgöz olduğu üçün də prezident olmaq istəyir».

Günün bütün mövzuları

XS
SM
MD
LG