Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:18

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker mayın 25-i Brüsseldə görüş zamanı ABŞ prezidenti Donald Trumpın Almaniyanın ticarət siyasətini aqressiv pisləməsi barədə deyilənləri yalanlayıb.

Bundan öncə Almaniyanın yerli mətbuatı yazıb ki, Trump Berlinin siyasətini «çox pis» adlandırıb və bildirib ki, alman avtomobillərinin Birləşmiş Ştatlara satışına məhdudiyyət qoymaq istəyir.

“O, almanları pisləməyib” – Juncker bunu Siciliyada Böyük Yeddilik (G7) ölkələrinin sammitinin açılışında deyib. Sammitdə Birləşmiş Ştatlar, Almaniya, Fransa, Britaniya, İtaliya, Yaponiya və Kanada rəhbərləri iştirak edirlər.

Juncker jurnalistlərin olayı şişirtdiyini deyib, bildirib ki, Trumpın Almaniya ilə danışıqlarda aqressiv olması “düzgün” məlumat deyil.

Taormina kurort şəhərində keçirilən Böyük Yeddilik (G7) ölkələrinin sammiti Trump-ın yanvarda vəzifə başına keçədən sonra ilk xarici turnesinin sonuncu hissəsidir. O, Yaxın Şərq və Avropaya 9-günlük səfərini başa vurmuş olur.

Sammitdə terrorizm, Suriya, Şimali Koreya və dünya iqtisadiyyatı ətrafında müzakirələrin aparılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG