Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 06:35

Çində də prezidentlik 'ömürlük' ola bilər


Çin prezidenti Xi Jinping
Çin prezidenti Xi Jinping

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi fevralın 25-də Konstitusiyadan bir maddəni çıxarmağı təklif edib.

Həmin maddədə qeyd edilir ki, heç kim dalbadal iki dəfədən artıq prezident və ya vitse-prezident seçilə bilməz.

Bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.

Əgər bu təklif qəbul edilərsə, onda Çin Xalq Respublikasının indiki sədri (prezidenti) Xi Jinping təkcə yaxın 5 ildə yox, daha uzun müddətə ölkəyə rəhbərlik etmək şansı qazanacaq.

Bundan başqa Mərkəzi Komitə təklif edib ki, hazırkı prezidentin sosializmin Çin modelinin yeni dövrdə inkişafı ilə bağlı fikirləri də Konstitusiyaya daxil olunsun.

Buna da bax: Prezidentlik limiti ləğv edildi, iğtişaşlar başladı

Prezidentlik limiti ləğv edildi, iğtişaşlar başladı
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Ötən ilin oktyabrında rəhbərin ideyaları yekdilliklə Çin Kommunist Partiyasının nizamnaməsinə salınıb.

Fevralın 26-da Pekində Çin KP-nin Mərkəzi Komitəsinin üçgünlük plenumu başlayacaq.

Orada Konstitusiyanın dəyişdirilməsi ilə bağlı təkliflər müzakirə ediləcək.

Təkliflər Xalq Nümayəndələrinin Ümumçin Toplantısında səsverməyə çıxarılacaq.

Xi Jinping Çin prezidenti vəzifəsinə 2012-ci ildə gətirilib.

Hazırda qüvvədə olan Konstitusiyaya görə, o bu vəzifədə 2023-cü ilə qədər qala bilər.

Buna da bax: 'İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...'

XS
SM
MD
LG