Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 17:23

CIA-nın yeni rəhbəri ilk səfərini Türkiyəyə edir


Mike Pompeo

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yeni direktoru Mike Pompeo ilk xarici səfərini Türkiyəyə edir. «The Washington Post» qəzeti M.Pompeo-nun bu gün – fevralın 9-da Ankarada görüşlər keçirəcəyini, təhlükəsizlik məsələlərini müzakirə edəcəyini yazıb.

«CBSnews» telekanalının yaydığı məlumata görə, M.Pompeo-nun Türkiyəyə səfəri haqda dünən – fevralın 8-də prezidentlərin telefon söhbəti zamanı razılıq əldə edilib. Türkiyə rəsmiləri 45-dəqiqəlik söhbətin pozitiv və səmimi atmosferdə keçdiyini, prezidentlərin hətta yaxın vaxtlarda görüşmək barədə razılığa gəldiyini deyilər.

Telefon söhbəti zamanı Suriyada qaçqınlardan ötrü azad zonanın yaradılması, terrorla mübarizə əsas müzakirə mövzusu olub. Recep Tayyip Erdoğan kürd yaraqlıları, Gülen məsələsinə də toxunub.

«ƏMƏKDAŞLIQ EDƏCƏYİK»

CIA rəhbərinin Ankara səfərində də bu məsələlərin müzakirə olunacağı gözlənir.

ABŞ-la Türkiyə yaxın müttəfiq olsalar da, Obama administrasiyası dövründə münasibətlər xeyli soyudu. Administrasiyanın Suriyadakı rejimlə vuruşan kürd yaraqlılarına yardım göstərməsi, Türkiyədə çevriliş cəhdində günahlandırılan ilahiyyatçı Fethullah Gülen-i Ankaraya verməməsi iki ölkə arasında dərin uçurum yaratmışdı.

R.T.Erdoğan və D.Trump
R.T.Erdoğan və D.Trump

Amma indi rəsmilər prezidentlərin birgə planlarından danışırlar. Bu planlar hər şeydən öncə Suriyadakı İŞİD yaraqlılarına qarşı birgə əməliyyatları nəzərdə tutur.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu dünən Ankarada keçirdiyi mətbuat konfransında Trump administrasiyasıyla əməkdaşlıqla bağlı nikbin olduğunu bildirib.

«DAEŞ-lə (İŞİD, «İslam Dövləti» silahlı qruplaşmasının ərəbcə qısa adı) savaşda biz – Türkiyə və Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarla əməkdaşlıq edəcəyik… Əminik ki, döyüşlər bundan sonra daha effektiv olacaq və biz Suriyanı da, İraqı da DAEŞ-dən təmizləyə biləcəyik».

«BİZİ EŞİDƏN OLMADI»

M.Çavuşoğlu deyib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyadakı əraziləri İŞİD-dən azad etməyə xüsusi əməliyyat qrupları göndərə bilər, bundan ötrü kürd yaraqlılarının köməyinə arxalanmaq olmaz.

«Əvvəlki administrasiyaya İŞİD kimi təşkilatla mübarizədə terrorçulara arxalanmağın böyük səhv olduğunu demişdik, amma bizi eşidən olmadı», – deyə M.Çavuşoğlu Obama administrasiyasıyla soyuqluğun səbəbini izah edib.

Prezidentlərin telefon söhbətində D.Trump-ın müsəlman miqrantlarla bağlı qadağasından söz açıb-açmadıqları barədə bilgi yoxdur. Keçən il, hələ D.Trump-ın seçki kampaniyası zamanı miqrantlarla bağlı çıxışlarını R.T.Erdoğan pisləmişdi və İstanbuldakı «Trump Towers»dən Trump-ın adının çıxarılmasını istəmişdi.

Amma indi – qanun qüvvəyə minəni R.T.Erdoğan bu haqda danışmayıb.

Qərb mətbuatı prezidentlərin söhbətinin Türkiyədə ABŞ-la münasibətlərdə irəliləyiş ümidi yaratdığını yazır.

XS
SM
MD
LG