Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:43

2020-ci il siyasi üfüqlərdə


Keçən il siyasətdə sizin üçün sürpriz nə oldu?
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Keçən il siyasətdə sizin üçün sürpriz nə oldu?

Yenicə qədəm qoyulan 2020-ci ildə Azərbaycanın siyasi həyatında nə kimi yeniliklər gözlənir? Bu barədə təhlilçilər nə düşünürlər?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyib ki, şəxsən o, qarşıdan gələn növbədənkənar parlament seçkilərinin (fevralın 9-u) demokratik keçiriləcəyinə inanmır. O, eyni zamanda, sərbəst toplaşmaq azadlığı ətrafında yaranan mübahisənin də müsbət yekunlaşacağını düşünmür: «Müraciətlərə baxmayaraq, demokratik seçki keçirmək üçün Seçki Məcəlləsinə heç bir dəyişiklik olmadı».

İ.İsmayıl
İ.İsmayıl

«Bunlar olmadıqdan sonra...»

İ.İsmayıl daha sonra islahatlar mövzusuna da toxunub: «Amma mən islahat demək istəmirəm, çünki islahat çox böyük məfhumdur. Yəni burada, sözün həqiqi mənasında, yuxarıdan aşağıya böyük islahatlar başlamalıdır, o da yoxdur. Bu islahat nə qanun səviyyəsində, nə də başqa müstəvidə var. İslahat deyirlərsə, birinci növbədə Konstitusiya dəyişməlidir. Necə ki, bundan öncə üç dəfə Konstitusiyaya dəyişikliklər ediblərsə, hamısı, yəni üçü də ləğv edilməlidir. Bunlar olmadıqdan sonra demokratik seçki, siyasi məhbusların azadlığı, sərbəst toplaşmaq azadlığı elə problem olaraq qalacaq».

«Heç üfüqdə belə işartı görünmür»

İ.İsmayıl 2020-ci ildə siyasi ab-havanın bir az da kəskinləşəcəyini ehtimal edir: «Ona görə də, adıçəkilən bu problemlərin öz həllini tapa bilməsi üçün heç üfüqdə belə işartı görünmür».

«İqtidarla müxalifət arasında...»

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə «Turan» agentliyinə deyib ki, müxalifət düşərgəsində bütün qüvvələrin vahid platformada birləşməsi mümkün olmadığı üçün qarşıdakı parlament seçkilərinin nəticələri bir neçə məsələdə iqtidarla müxalifət arasında müəyyən konsensus tapmağa imkan verə bilər. Onun fikrincə, əgər əvvəl iqtidara münasibətdə daha mötədil mövqe tutmaq istəyənlər var idisə, onlar digər qüvvələrin radikal mövqelərinin girovuna çevrilirdilər, radikalizm dərinləşirdi. Z.Oruca görə, indiki halda isə Müsavat, ReAL və sair müxalif partiyaların növbədənkənar parlament seçkilərinə qatılmaları radikallığın azalmasına səbəb ola bilər:

Z.Oruc
Z.Oruc


«Bu partiyaların seçki kampaniyasında iştirakı elə bir nəticəni ortaya qoya bilər ki, bu halda qarşıdakı dövrdə istər məhbuslar, istər sərbəst toplaşmaq azadlığı məsələləri ətrafında konsensuslar tapmaq mümkün olar».

Mərkəz rəhbərinin fikrincə, radikallıqla məsafə saxlama siyasi münasibətlər sistemində daha da yaxşı dəyişikliklərə səbəb ola bilər.

«Odur ki, 2020-ci ili xüsusilə parlament seçkilərinin nəticələri olaraq siyasi münasibətlərdə iqtidar-müxalifət arasındakı gələcək yeni konfiqurasiyalarda bir mərhələ saymaq olar. Bu isə həm də qarşı tərəfin proseslərə nə dərəcədə obyektiv qiymət verməsindən asılı olacaq. Müxalifətin Qərbdən asılılığı azalacaq, azaldıqca, hakimiyyətlə münasibətləri yaxşılaşacaq». - Z.Oruc belə deyib.

Xatırlatma

Hakimiyyət rəsmiləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqı təbrik edən prezident İlham Əliyev də 2019-cu ili «islahatlar ili» adlandırmışdı. O, islahatların davam edəcəyini bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG