Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Siyasi islahatlar olub, olmayıb?


Bakı, 31 dekabr, 2019
Bakı, 31 dekabr, 2019

Prezident İlham Əliyev 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına təbrik nitqində bir sıra məsələlərdən də bəhs edib. Dövlət başçısı vurğulayıb ki, 2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. “Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır”, deyə o qeyd edib.

Bəs görək bu mövzuda təhlilçilər nə düşünür? 2019-cu ildə Azərbaycanda siyasi islahatlar aparılıbmı? Aparılıbsa bu nələrdə özünü göstərib.

“Yenə də jurnalistləri döyürlər”

Politoloq Hikmət Hacızadə Azadlıq Radiosuna deyib ki, hələ ölkədə hansısa dərin bir islahat görünmür: “Əlinin papağını Vəlinin başına qoymaq və sairə islahat deyil. Hələ ki, cəmiyyətdə heç nə dəyişməyib. Həmin ədalətsizlik, yolsuzluq, oğurluq qalır. İslahatların olması üçün cəmiyyətə güc sturkturlarının təzyiqlərini aradan qaldırmağa başlamaq olar. Amma nə qədər ki, bu təzyiq davam edir, demək olar ki, islahatlar başlamayıb.Yenə küçədə adam saxlayırlar, yenə də jurnalistləri döyürlər, yenə büdcədən oğurluq davam edir. Odur ki, islahat görünmür. Ölkə rəhbərliyindən də xahiş edirik, ətraflı izah versinilər ki, islahatlar nədən ibarətdir”.

Hikmət Hacızadə-Politoloq
Hikmət Hacızadə-Politoloq

Politoloqa görə, gerçək islahatlar üçün hər sahədə vətəndaş hüquqları bərpa edilməli, şəffaflıq, söz, sərbəst toplaşmaq və seçki azadlığı təmin olunmalıdır:

“Söz azadlığı müasir dövlət idarəçiliyinin əsas sütunlarından biridir, demək olar ki, birincisidir. Söz azadlığı, eləcə də digər vətəndaş azadlıqları idarəçiliyin sinir sistemidir. Əgər bu yoxsa və ya işləmirsə, demək baş bilmir ki, bədəndə nə baş verir”.

“Müstəqil məhkəmə sistemi qurulmalı”

Politoloq hesab edir ki, gerçk islahatları təsəvvür etməkdə çətin bir şey yoxdur:

“Jurnaistlər döyülməməli, vətəndaş cəmiyyəti institutları bərpa edilməli, büdcədən oğurluq olmamalı, müstəqil məhkəmə sistemi qurulmalı, bir sözlə bütün azadlıqlar təmin edilməlidir”.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbri, Zahid Oruc isə “Turan” agentliyinə deyib ki, Prezident İlham Əliyevin 2019-cu ili uğurlu adlandırması, sosial-iqtisadi və siyasi baxımdan zəngin islahtlar ili kimi xarakterizə etməsi gerçəkliyi tam əks etdirir.O hesab edir ki, ölkədə islahatlarla bağlı atılan addımlar geniş miqyaslıdır.

Zahid Oruc
Zahid Oruc

“Bu islahatları xalq rəğbətlə qarşılayıb”

Zahid Orucun fikrincə, bu islahatları xalq rəğbətlə qarşılayıb və onun davam da arzu edilir. Mərkəz rəhbərinə görə, islahatların uğurla həyata keçirilməsi üçün Prezident özü də cəmiyyəti daha yaxından prosesə qoşmaq və əsl demokratik idarəçilik parametrlərini bərqərar etmək istəyini ortaya qoyub:

“2019-cu ildə siyasi hakimiyytin İ.Əliyev tərəfindən yenidən arxitekturalanmasını gördük. Bu islahatlar bütün hakimiyyət qollarını əhatə edir. Zənn edirəm ki, bu il fevralın 9-da keçiriləcək parlment seçkiləri ilə yeni parlamentin formalaşmaısndan sonra məhkəmə və prokuroluq sistemini də əhatə edəcək daha ciddi dəyişiklikər müahidə ounacaq”

Z.Oruca görə, indi söhbət başlıca olaraq vətəndaşın hakimiyyət qollarına inam və etibarının artmasından gedir.O, daha sonra da bunları əlavə edib:“Siyasi islahatlar deyərkən Prezident tərəfindən 2019-cu ildə yeni siyasi hakimiyyətin formalaşması prosesi nəzərdə tutulub. Bu proses davam edir. Yeni elita qurulur, yeni komanda formalaşır. Bu komanda siyasi porseslərə daha yaxından qoşulduqca insanlar onların yenilikçi mövqelərini görəcək və ən başçıcsaı 2020-ci ildə yeni addımların da şahidi olacağıq”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG