Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:18

15 millət vəkili CHP-dən istefa verdi. Akşenerə böyük dəstək


Meral Aksener

Türkiyədə erkən seçkilər ərəfəsində CHP və İYİ Parti arasında anlaşma əldə edilib.

CHP-ni təmsil edən 15 millət vəkili Meral Akşenerin "İYİ Parti"sinə keçdiyini bəyan edib.

Bu barədə "Hürriyet" qəzeti yazır.

Bu, "İYİ Parti"yə imkan verir ki, seçkiyə parlament fraksiyası olaraq getsin.

Artıq millət vəlillərinin sayı 20-yə çatan "İYİ Parti"nin rəhbəri Meral Akşenerin prezidentliyə namizəd kimi ölkə boyu 100 min imza toplamasına ehtiyac olmayacaq.

Seçki qanunlarına görə, partiyaların seçkidə iştirakı üçün şərtlər var.

Partiya ya gərək ölkə boyu ellərin ən azı yarısında səsvermə gününə ən azı 6 ay qalmış şöbə yaratmış olsun, ya da parlamentdə fraksiyaya malik olsun.

"İYİ Parti" yeni qurulmuş partiyadır. Ötən ilin noyabrında yaradılıb və hələ ki təşkilatlanma işləri davam edir.

Buna da bax: Erdogan niyə erkən seçki keçirir

CHP-dən istefa verib "İYİ"yə keçən zonquldaqlı millət vəkili i Ünal Demirtaş deyib ki, hazırda hakim AK Parti ilə Milliyyətçi Hərəkat Partiyası arasında bir sövdələşmə var və o, həmkarları ilə birlikdə bunun qarşısını almaq üçün belə bir addım atıb.

Demirtaş deyib ki, onun və həmkarlarının əsas məqsədi Türkiyədə "demokratiyanın önünü açmaqdır".

Müxalifət prezident Ərdoğanı avtoritar idarəetmədə, MHP-ni isə bu işdə ona yardım etməkdə suçlayır.

Aprelin 18-də Türkiyə prezidenti Recep Tayyip Erdogan ölkədə prezident seçkisinin bu il iyunun 24-də keçiriləcəyini bəyan edib.

MHP dərhal Ərdoğanın namizədliyinə dəstək verəcəyini bəyan edib.

Akşener əvvəllər MHP-nin üzvü olub.

XS
SM
MD
LG