Çin hərbi xərclərini 7 faiz artırıb. Çinin bu açıqlaması ABŞ prezidenti Donald Trumpın Amerikanın müdafiə xərclərini artıracağı məlumatından sonra yayılıb.
Ancaq bu artımdan sonra da Çinin hərbi büdcəsi Amerikanın hərbi büdcəsindən az olacaq.
ABŞ prezidenti D.Trump 2018-ci ildə müdafiə xərclərinin 10 faiz artırılacağını bildirib.
Son illər Çin iqtisadiyyatının güclənməsi ilə birlikdə ordusunu da müasirləşdirir.
2020-ci ilə qədər Çinin müdafiə xərclərinin 233 milyard dollaara çatacağı gözlənilir.