Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:20

Çinin daha bir şəhərində hər yer bağlanır


Çinin Tianjin şəhərində kütləvi koronavirus yoxlaması
Çinin Tianjin şəhərində kütləvi koronavirus yoxlaması

Çinin daha bir şəhərində, Zhuhaida koronavirusun omikron variantına qarşı önləyici addımlara başlanılıb.

Önləyici addımlara ən azı yeddi nəfərdə virusa yoluxma əlamətlərin aşkarlanandan sonra, yanvarın 15-də başlanılıb. Artıq şəhərində ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılıb.

Sözügedən şəhərdə kütləvi test aparılmasına həftənin əvvəlində qonşu Makao şəhərində virusun aşkarlanmasından sonra başlanılıb.

Yoxlamalar nəticəsində yüngül xəstələnmiş 1 nəfərdə omikron aşkarlanıb, daha altı nəfər isə simptomsuz pasiyetlər olub. Əhaliyə şəhəri tərk etməmək göstərişi verilib. Qonşu Makao şəhərində artıq gözəllik salonları, kinoteatrlar, oyun zalları bağlanıb, ictimai nəqliyyat dayandırılıb.

Qış Olimpiya oyunlarının başlaması ərəfəsində Çində virusun yayılmasının qarşısı alınması üçün tədbirlər görülməkdədir.

Yanvarın 15-dən Pekinin cənub-şərqindəki 14 milyon əhalisi olan istehsal mərkəzi Tianjin liman şəhərində əhalinin üçüncü dəfə kütləvi test olunmasına başlanılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG