Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 21:46

Çində krematoriyalar COVID-19 ölülərinin yandırılmasını çatdıra bilmir


Çinin Vuhan vilayətində sanitarlar (Arxiv fotosu)
Çinin Vuhan vilayətində sanitarlar (Arxiv fotosu)

Çində COVID-19 yoluxmalarının kəskin və kütləvi yüksəlişi ilə ölü sayının artması bütün ölkə boyunca krematoriyaları doldurub.

Bu barədə məlumatı Bloomberg agentliyi Çinin dəfn xidmətlərinin əməkdaşlarına və ekspertlərə istinadla yayıb.

Ekspertlərdən biri yaranmış vəziyyəti “sistemin iflici” adlandırıb.

Pekin və Şanxaydakı krematoriyaların işçiləri deyirlər ki, COVID-19-dan ölənlərin meyitləri sutka ərzində fasiləsiz yandırılır və kremasiya üçün ən yaxın sifariş tarixi yanvarın ortalarına düşür.

Lunhua şəhərinin krematoriyalarının birindən deyiblər ki, onlara gündə 500-dək meyit gətirilir.

“Çiçəklənən biznes”

Вloomberg bunu da qeyd edir ki, son vaxtlar Çində meyitlərin yandırılması sahəsində kölgə biznesi yaranıb.

Əgər əvvəllər kremasiyanın qiyməti bir neçə min yuan idisə (1000 yuan 145 dollara bərabərdir-red), indi krematoriyalar bu iş üçün on minlərlə yuan istəyirlər.

Məsələn vəfat günündə kremasiya indi 88 min yuana (12, 800 dollar) başa gəlir.

Çində koronovirus infeksiyalarının kəskin artımı ölkədə dekabrın əvvəllərindən, karantin tədbirlərinin yumşaldılmasından sonra başlanıb.

Bu tədbirlərin yumşaldılması üçün adamlar kütləvi etiraz aksiyaları keçirirdilər.

Görünür elə bu səbəbdən də yoluxmaların artdığı bir vaxtda hakimiyyət COVID-19 barədə gündəlik məlumatların verilməsini dayandırıb.

Vahiməli proqnoz

Təsdiq olunmamış məlumatlara görə Çində gündəlik olaraq koronavirusa milyonlarla yoluxma baş verir.

Britaniyadakı Airfinity analitik şirkətinin məlumatına görə Çində dekabrın sonlarında koronovirusdan günə 9 min nəfər ölürdü.

Airfinity şirkətinin təxminlərinə görə yoluxmalar pik nöqtəsinə, günə 25 min ölüm hesabı ilə yanavarın 23-də çatmalıdır.

Proqnozlara görə həmin vaxt ümumi ölüm sayı 584 min nəfərə çatacaq.

Türkiyəyə axın edən naxçıvanlılar: 'Qazanda bir tikə ət yoxdur'
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Avropa İttifaqı kütləvi yoluxmaların qarşısının alınmasında Çinə yardım üçün Pekinə pulsuz COVID-19 vaksinləri təklif edib.

Çində koronovirus yoluxmalarının kəskin artması ilə bağlı bir çox ölkələr artıq bu ölkədən gələn sərnişinlərdən COVID-19 testinin mənfi nəticəsini təsdiqləyən sənəd tələb etməyə başlayıblar.

XS
SM
MD
LG