Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:40

Çin Avropa və Asiyanın maye qazla təchizatını dayandırıb


Maye qaz tankeri (Arxiv fotosu)
Maye qaz tankeri (Arxiv fotosu)

Bildirildiyinə görə bu, Çinin öz istehlakçıları üçün qışa qaz ehtiyatı yaratmaq zərurəti ilə bağlıdır

Bloomberg yazır ki, Çin Avropanın və Asiyanın maye qazla təchizatını dayandırıb.

Agentliyin bildirdiyinə bu, Çinin öz istehlakçıları üçün qışa qaz ehtiyatı yaratmaq zərurəti ilə bağlıdır.

Avropa İttifaqının Rusiyadan enerji daşıyıcılarının idxalını minimuma endirmək qərarına görə yaranmış enerji böhranı şəraitində Çin Avropa İttifaqının qazla təchizatında mühüm oyunçuya çevrilib.

Avropa İttifaqının bütün qaz istehlakının 7 faizi Çindən alınır.

Bloomberg saytının mənbələri bildiriblər ki, Çinin Milli İnkişaf və İslahat Komitəsi PetroChina, Sinopec və CNOOC kimi dövlət şirkətlərinə maye qazın ixracını dayandırmaq sərəncamı verib.

Bu da qeyd olunur ki, bunan əvvəl COVID-19 pandemiyası dövründə Çin qazın istehlakını azaltmışdı və buna görə də ixrac üçün böyük həcmlərdə izafi maye qazı vardı.

Çin bu qazın böyük bir hissəsini Rusiyadan alır.

Rusiya qazını satmaq habelə Pekinə Avropa İttifaqının sanksiyalarından yan keçmək imkanı verir.

Rusiya qazının idxalı artıb

Buna baxmayaraq Rusiyanın Kommersant qəzeti yazır ki, geosiyasi fikir ixtilafına baxmayaraq Rusiyadan Avropaya qazın ixracı artmaqdadır.

Avropa Komissiyasının nümayəndəsi Tim Makfi deyib ki, Aİ 2022-ci ilin 9 ayı ərzində Rusiya maye qazının idxalını 50 faiz artıraraq 15 milyard kubmetrə çatdırıb.

Maye qaza tələbat Rusiyanın Gazprom şirkəti ötən yay Avropaya Şimal Axını 1 kəməri ilə qazın nəqlini azaldandan, daha sonra isə tamamilə dayandırandan sonra artıb.

Ötən sentyabrda Baltik dənizinin dibi ilə çəkilmiş və artıq işləməyən Şımal Axını 1 və Şimal Axını 2 kəmərinin qollarından biri ehtimal olunduğuna görə partladıldıqdan sonra sıradan çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG