Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Cəbhəçiyə 10 sutka verildiyi deyilir


Anar Məlikov
Anar Məlikov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Cəlilabad Rayon Təşklatının fəalı Anar Məlikovun 10 sutka inzibati həbs cəzası aldığı bildirilir.
Bu barədə AXCP-dən AzadlıqRadiosuna deyiblər.

Bildiriblər ki, Anar Məlikova İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin sanitariya - gigiyena və karantin rejimlərinin pozulması) ilə günahlandırılaraq 10 sutka həbs cəzası alıb.

AXCP-dən verilən məlumata görə, O, bu gün, martin 22-də Cəlilabad rayon Polis Şöbəsinə çağırılıb:

“ Ardinca da onun qeyd edilən maddə üzrə inzibati qaydada həbs edildiyini eşitdik”

Anar Məlikov bir gün, əvvəl martin 21-də bildirmişdi ki, onu polisə proflaktik söhbətə çağırıblar. “ Deyəsən virusla bağlı mübarizə “çerez” cəbhəçilər gedir”, deyə o yazmışdı.

Anar Məlikovun facebook statusu
Anar Məlikovun facebook statusu

Bu bildirilənlərə, hələlik, Cəlilabad Rayon Məhkəməsi, polis şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümükn olmayıb.

AXCP müxalifətdə olan partiyadır.Onun 10-a yaxın fəalı hazırda həbsdədir.Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya həbsləri siyasi sayır.Hərçənd, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 11 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 53 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda da qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri iş günləridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG