Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 00:55

Ukraynada hakim 'rüşvət bankası ilə tutuldu'


►Rüşvət alarkən tutulduğu deyilsə də, toxunulmazlıq hüququna gprə hakimi həbs etmək mümkün olmayıb

Ukrayna mətbuatı yazır ki, Kiyev şəhəri Dnepr rayon məhkəməsinin hakimi Nikolay Chaus aldığı rüşvəti şüşə qabda saxlayırmış.

Məlumata görə, avqustun 9-da Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) əməliyyatçıları "150 min dollar rüşvət alarkən" Nikolay Chaus-u yaxalayıblar. Hakimin rüşvəti şüşə qabda saxladığı deyilir.

Ölkənin ixtisaslaşmış antikorrupsiya prokurorluğunun (İAP) rəhbəri Nazar Kholodnitski bu xəbəri öz Facebook səhifəsində açıqlayıb:

“Bəzi Femida xidmətçiləri...”

"Rüşvətin verildiyi yerdən əşyayi-dəlil aşkar edilib və götürülüb. Bəzi Femida xidmətçiləri korrupsiya gəlirlərini bax belə saxlayırlar".

Buna da bax: Kiyevin rüşvət almayan yeni polisi

N. Kholodnitski bu qeydin ardından içində dollar əskinasları olan şüşə qabın fotosunu da paylaşıb.

Onun sözlərinə görə, cinayət sübuta yetirilsə də, hakimi həbs etmək mümkün olmayıb. Axı, ölkə konstitusiyasına görə hakimin toxunulmazlıq hüququ var.

N. Kholodnitski bunu da yazıb ki, Ukraynanın Ali Şurası indi tətildə olduğundan, işə operativ şəkildə baxaraq, hakimin saxlanmasına qərar verə bilmir. O, Odessada hakim Buran-ın məhz bu yolla həbs edildiyini də xatırladıb.

Nicholas Chaus
Nicholas Chaus

Həbsxanaya aparan yol göründü...

Sözügedən qanun pozuntusu Ukrayna Cinayət Məcəlləsi 4-cü maddəsinin 368-ci bəndinə ("Vəzifəli şəxsin qanunsuz qazancı, yaxud qanunsuz qazanc təklifini və ya vədini qəbul etməsi") uyğun gəlir.

Bu maddə təqsirli şəxsi 3 ilədək bəlli vəzifələri tutmaq hüququndan məhrum edir və ona əmlakı müsadirə olunmaqla, 8 ildən 10 ilədək həbs cəzası kəsilməsini nəzərdə tutur.

Buna da bax: Qazaxıstanda kollec müəllimi tələbədən açıq-aydın rüşvət alır

Qazaxıstanda kollec müəllimi tələbədən açıq-aydın rüşvət alır
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Əlil məmura rüşvət əvəzinə gözünü verdiyini deyir

Əlil məmura rüşvət əvəzinə gözünü verdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

XS
SM
MD
LG