Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

ABŞ-ın maliyyələşdirdiyi polis islahatlarına Gürcüstanın keçmiş daxili işlər naziri, rüşvətin kökünü kəsmiş Eka Zguladze rəhbərlik edir

Tony Wesolowsky

Əgər medianı cəmiyyətin barometri kimi qəbul etsək, Kiyevdə yaradılmış yeni polis qüvvəsi paytaxt ictimaiyyətinin etimad və hörmətini qazanmağa başlayıb. İnternet 5-də birini qadınlar təşkil edən və əksəriyyəti də gözəgəlimli olan 2000 gənc zabitlə çəkilmiş selfilərlə doludur.

Daha yaxşı təlim görmüş və daha yaxşı maaş alan bu polis qüvvəsi, Ukrayna hökuməti 2014-cü ilin fevralında hakimiyyətə gələndən bəri onun ən çox gözə dəyən islahatıdır.

Biz bu ölkədə dəyişikliklər etmək istəyirik ki, adamlar bizə yaxınlaşıb kömək istəsinlər və bilsinlər ki, biz rüşvət almırıq

Yeni polis qüvvəsi iyul ayının 4-də andiçmə mərasimindən keçdikdən sonra Kiyevin küçələrində köhnə yol polisini əvəz etməyə başlayıb. Prezident Poroshenko, əvvəlcə böyük şəhərlərdə, sonra isə ölkənin hər yerində yaradılacaq yeni polisin qarşısında çıxış edərkən deyib ki, bu zabitlərin vəzifəsi heç də təkcə asayişi qorumaq yox, həm də insanları islahatların qaçılmaz olduğuna inandırmaqdır.

Köhnə "QAİ" daha yoxdur

Köhnə "QAİ" daha yoxdur

Keçmiş Sovet İttifaqının başqa yerlərində olduğu kimi Ukraynada da polis sevilməkdən çox söyülər, vətəndaşları qorumaqdan daha çox onların hüquqlarını tapdalayar, hələ rüşvət də alardı. Ukraynanın yeni qərbpərəst hökuməti üçün polis islahatı Rusiya yönlü separatçılarla döyüşdüyü və Krımın Moskva tərəfindən ilhaq edilməsindən özünə gəlməyə başladığı bir vaxtda, həm də Sovet irsindən xilas olmaq cəhdi kimi də görünə bilər.

Ukraynanın daha bir islahatçı gürcüsü

Polisdə islahat layihəsini dəstəkləyən Vaşinqton onun icra edilməsi üçün təlim və maliyyə də təşkil edib. Bu prosesə daxili işlər nazirinin müavini Eka Zguladze rəhbərlik edir. Bu həmin Zguladzedir ki, prezident Mikheil Saakashvilinin hakimiyyəti dövründə Gürcüstan polisində indiyədək təriflənən qayda-qanunu yaradıb. Saakashvilinin özü isə prezident Poroshenlo tərəfindən Odessanın qubernatoru vəzifəsinə dəvət olunub.

Ukraynadakı bütün köhnə polis orqanları ləğv edilməli, köhnələr qovulmalı, milli polisin yaradılmasına sıfırdan başlanmalıdır.

ABŞ-ın Ədliyyə Nazirliyi və Beynəlxalq Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə İşləri Bürosu (Bureau of International Narcotics and Law Enforcement Affairs) bu ilin əvvəllərində 100-dək Ukrayna polisinə təlimçi kursları təşkil etmişdi. Həmin təlimçilər sonradan Kiyevdə birinci dərəcəli polis zabitlərinin təlimi üçün göndərilmişdilər. Təlimdən başqa zabitlərə həm də amerikasayağı – yüksək kokardalı, qara zolaqlı baş geyimi və uniforma da verilib.

İslahatların Ukrayna üçün Rusiyanın təsirindən yeganə xilas yolu olduğunu bildirən ABŞ bütün bu proqrama 15 milyon dollar vəsait xərcləyib. Buna

Yeni polis qüvvəsi

Yeni polis qüvvəsi

baxmayaraq, yeni patrul keşiyi xidmətinə hələlik eksperimental bir tədbir kimi baxılır. Paytaxtdakı başqa polis bölmələri buraxılmayıb. Yeni polis qüvvəsinin yaxın günlərdə Ukraynanın başqa şəhərlərində, o cümlədən Qara dəmniz sahillərindəki Mikolaiv və Odessada da görünəcəyi gözlənilir.

Yeni zabitlərin orta aylıq əməkhaqqı 7000-dən 10 min hrivnyaya (320-450 dollar) qədərdir. Köhnə polisin maaşı 6 min hrivnyadır.

Lakin bir çox zabitlərin dediyinə görə, onları yeni polisə yaxşı maaşdan başqa həm də insanlara kömək etmək istəyi cəlb edir.

Kömək edirik, rüşvət almırıq

Əvvəllər tikinti firmasının meneceri işləmiş 28 yaşlı Yuriy Sivobrod AzadlıqRadiosunun Rus xidmətinə deyib ki, yeni qüvvə insanlara harda mümkündürsə, köməklik edir.

“Elə vaxtlar olur ki, kiminsə maşını sıradan çıxır və biz onun təmir profilaktoriyasına çatdırılmasına kömək edirik və ya benzini qurtaranlara da yardım göstəririk. Keçmişlərdə belə hallar olanda köhnə polis çətin ki, kömək edəydi” – deyir Sivobrod.

Hamı bir-birilə normal yola gedir. Əgər kişi zabit qadın zabiti qısnasa, düşünürəm ki, onu dərhal işdən qovarlar

Keçmiş idman müəllimi, 21 yaşlı Nadia Ivanova deyir ki, o, polisə qoşulmaqla atasının peşə yolunu seçib. O, AzadlıqRadiosunun Rus xidmətinə bildirib ki, yeni polis qüvvəsindəki qadın və kişi zabitlər eyni hüquq və vəzifələrə malikdirlər.

“Hamı bir-birilə normal yola gedir. Əgər kişi zabit qadın zabiti qısnasa, düşünürəm ki, onu dərhal işdən qovarlar” – deyir İvanova.

Ukrayna ordusunun keçmiş əsgəri, 26 yaşlı Roman Nedilko deyir ki, onu bu işə çoxdan gözlənilərn islahatların həyata keçirilməsi arzusu gətirib.

“Biz bu ölkədə dəyişikliklər etmək istəyirik ki, adamlar bizə yaxınlaşıb kömək istəsinlər və bilsinlər ki, biz rüşvət almırıq” – deyib Nedilko AzadlıqRadiosunun Ukrayna xidmətinə.

Yeni polis “inqilabçılar”dan da qorxmur

Adamlar Kiyevin küçələrində yeni zabitlərə yaxınlaşaraq birlikdə şəkil çəkdirməyi xahiş edirlər. Belə selfilərdən birini də Şərqi Ukraynadakı Donbas münaqişə zonasından reportajlar verən jurnalist, Rusiyanın “Novaya qazeta” qəzetinin müxbiri Pavel Kanygin çəkdirib.

Yeni zabitləri vəzifəlilərin qüdrəti çəkindirmir.

Jurnalist Kanygin-in selfisi

Jurnalist Kanygin-in selfisi

Məsələn, parlament üzvü Volodymyr Parasyuk ötən ay maşını qırmızı işıqda sürdüyünə görə cərimə edilib. Halbuki o, Avromaydan etirazlarında, daha sonra isə Dnipro batalyonunun sıralarında Donbasdakı döyüşlərdə iştirak edib.

Xarkovda mənzillənmiş insan haqları QHT-lərindən birinin rəhbəri Yevhen Zakharov deyir ki, Ukrayna polisin islahatı sahəsində yalnız kosmetik tədbirlər görən Rusiyadan irəlidədir.

“Ukraynadakı bütün köhnə polis orqanları ləğv edilməli, köhnələr qovulmalı, milli polisin yaradılmasına sıfırdan başlanmalıdır. Mənim bildiyimə görə, Rusiyada buna bənzər işlər görülmür. Onlar sadəcə adları dəyişiblər” – deyib Zakharov AzadlıqRadiosunun Rus xidmətinə.

Günün bütün mövzuları

XS
SM
MD
LG