Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Saakashvili yeni polis rəisini xalqla tanış edir- [video]


-

Odessa vilayətinin yeni qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili yerli sakinlərlə görüşüb. O həmdə yeni təyin etdiyi polis rəhbərini də insanlarla tanış edib. Saakashvili rəisə tapşırıb ki, insanları dinləsin. Yeni polis rəhbəri Gürcüstan daxili işlər nazirlinin keçmiş müavini Gia Lortkipanidze-dir.

Saakashvili rəislə marketə girir və əlini rəisin çiyninə vurub deyir:

«Mən onu gətirdim ki, problemlərlə tanış olsun, sadə insanları görsün»

O, Lortkipanidzeyə narkotik və korrupsiya ilə mübarizədə sadə insanlara inanmağı tapşırıb:

«Bu insanlar sənin sahibindir. Onlar hər şeyi sənə deyəcək».

Daha sonra Saakashvili küçəyə çıxır, yol bağlandığına görə hərəkət edə bilməyən tramvayın şikayət edən sürücüsünə tərəf gedir. O tramvaya minir və insanlarla söhbət edir:

«Bəzi insanlar düşünürlərki, onlar qanundan yuxarıda dayanırlar. Buna görə də mən Odessada qanun bərpa etmək üçün yeni polis rəhbəri təyin etdim. İnsanlar 20 dəqiqədir günün alıtında gözləyir. Hansısa özündən razı biri qərar verib və maşınını burda saxlayıb».

Saakashvili Ukrayna prezidenti Petro Poroshenko ilə uzun müddətdin dostlarıdır. O 2013-cü ildə Gürcüstanda prezidentlik müddəti başa çatandan sonra ölkəni tərk edib. Gürcüstanın yeni hakimiyyəti onu vəzifədən sui istifadədə ittiha edib. 3 həftədən çoxdur ki, o Odessa vilayətinə qubernator təyin edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG