Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:48

Rusiyada çar Nikolaydan söz açan filmə senzura qorxusu


Rusiya, çar II Nikolay ailəsi ilə, 1914

Rusiyanın bir qrup müstəqil rejissoru çar II Nikolayla gənc balerina Matilda Kshesinskaya-nın sevgi macərasından bəhs edən filmə senzura tətbiqini hədəfləyən təbliğat kampaniyasından dərin narahatlığını bildirib.

Rusiyanın bir qrup müstəqil rejissoru çar II Nikolayla gənc balerina Matilda Kshesinskaya-nın sevgi macərasından bəhs edən filmə senzura tətbiqini hədəfləyən təbliğat kampaniyasından dərin narahatlığını bildirib.

Həmin rejissorların açıq məktubu fevralın 7-də açıqlanıb. Məktubu imzalayan 40 rejissor deputat Natalya Poklonskaya-nın rejissor Aleksey Uchitelin çəkdiyi və hələ martda ekranlara çıxması planlaşdırılan “Matilda” filmiylə bağlı araşdırma aparmaq çağırışına etirazını dilə gətirib.

Məktubu imzalayanlar bildiriblər ki, “Xristian dövləti- Müqəddəs Rus” adlı təşkilat ölkə kinoteatrlarına məktub göndərərək filmi nümayiş etdirərlərsə, xoşagəlməz hallarla üzləşəcəkləriylə hədələyiblər.

Keçmiş prokuror cinayət işi açılmasını istəyir

Ukrayna ərazisi olan Krımı 2014-cü ildə Rusiya işğal edəndən sonra Natalya Poklonskaya orada prokuror olub və ötən ilin sentyabrında Rusiyanın Dövlət Dumasına deputat seçilib.

İndi o istəyir ki, Moskva Prokurorluğu Rusiya Cinayət Məcəlləsinin “inanclıların dini hisslərinin təhqiri” maddəsi ilə rejissor Uchitel-in filminə cinayət işi açsın.

Natalya Poklonskaya, Simferopol, 8 avqust 2016
Natalya Poklonskaya, Simferopol, 8 avqust 2016

Natalya Poklonskaya-nın fikrincə, film imperator II Nikolayı Rusiya provoslavlarının müqəddəsi kimi yox, günahkar kimi tanıdır.

Deputat Poklonskaya rejissor Uchitel-i Rusiyanı “əyyaşların, içki düşgünlərinin, dar ağaclarının, nikahsız münasibətlərin” olduğu ölkə kimi qələmə verməkdə də suçlayır.

“Matilda” filmi hələ ekranlara çıxmadan, mühafizəkar qrupların hədələrinə məruz qalıb. Ötən il - filmin anonsu yayılandan sonra fəal mühafizəkarlar sosial mediada yazıblar ki, bu kino əsəri rusların müqəddəs saydığı adamları təhqir edir.

Şahzadə və balerinanın məhəbbəti dini hissləri təhqir edir?

Film Rusiya imperiya taxtnın vəliəhdi, şahzadə Nicholas və gənc balerina Matilda Kshesinskaya-nın 3 il sürən məhəbbət macərasından söz açır. Bu münasibət 1884-cü ildə bitib. Sonra Nicholas alman şahzadə Aleksandra ilə evlənib. Kshesinskaya isə çarın yaxın qohumu ilə nikah bağlayır.

Rusiya çarlığının sonuncu nümayəndəsi olan Nicholas və ailəsini 1917-ci ildə bolşeviklər öldürüb. 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi onları müqəddəs elan edib.

Poklonskaya-nın ötən ilin noyabrında cinayət işi qaldırılması tələbinin ardınca Rusiya pravoslav xristianları və monarxist təşkilatları filmin pornoqrafiya və qeyri-vətənpərvər sayılmasını əsas gətirərək onun nümayişindən imtinaya çağırıblar.

Foto: arxiv, 1917
Foto: arxiv, 1917

“Sübut yoxdur”

Ancaq Baş Prokurorluğun Moskva ofisi bu ilin yanvarında bəyan edib ki, filmin dini inancı aşağılamasının hər hansı sübutu tapılmayıb və cinayət işi qaldırılmasına əsas yoxdur.

Natalya Poklonskaya yanvarın 30-da bildirib ki, filmlə bağlı təhqiqat aparılmasından ötrü rəsmi müraciət edəcək.

20 mindən çox pravoslav fəal da məktub imzalayaraq Rusiya Mədəniyyət Nazirliyini filmin nümayişinə qadağa qoymağa çağırıb.

Rusiya Ortodoks Kilsəsi və Mədəniyyət Nazirliyi, hələlik, filmlə bağlı dartışmalara rəsmi münasibətlərini açıqlamayıblar.

Fevralın 7-də Kremlin sözçüsü Dmitry Peskov bildirib ki, prezident Vladimir Putin adminstrasiyası bu müzakirələrdə qatılmaq və “tərəf tutmaq” istəmir.

Müstəqil rejissorların sözügedən məktubunda deyilir ki,“rusiyalı rejissorlar, özəlliklə yaşlı nəsil sənətçilərisovet dönəmində yaşadıqlarından, incəsənətin gəlişməsinə, aktyorların taleyinə təsir göstərən senzuranın” nə olduğunu yaxşı bilir və bu üzdən yeni senzuranın yaranmasını istəmirlər:

“İstəmirik ki, mədəniyyətimiz onun təşəbbüsünü, ideyalarını boğacaq yeni senzurayla üzləşsin”.

Günün bütün mövzuları

XS
SM
MD
LG