Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:19

İran inqilab keşikçilərinə hücuma görə ABŞ-ı günahlandırır


İran antinarkotik polisinin Zahedandakı qüvvələri
İran antinarkotik polisinin Zahedandakı qüvvələri

İran Prezidenti Hassan Rohani İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) 27 üzvünün öldürüdüyü intiharçı hücumuna görə Birləşmiş Ştatları və müttəfiqlərini günahlandırıb.

Bu cinayət Ağ ev, Təl Əvivdə terrorçuluğun əsas tərəfdarlarının və onların regiondakı agentlərinin qara tarixçəsində çirkli ləkə kimi qalacaq”, – Rohani fevralın 14-də deyib.

Tehran Birləşmiş Ştatları, İsraili və ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanını sünni yaraqlı qrupları dəstəkləməkdə dəfələrlə ittiham dib. Amma onlar ittihamları rədd edir.

Rohani İranın qonşularını “hüquqi məsuliyyət” götürməyə, terrorçuların onların ərazilərindən hücumlar üçün istifadəsini əngəlləməyə çağırıb.

“Bu davam eləsə və onlar terrorçuları dayandıra bilməsələr… bizim onlara qarşı vaxtında tədbir görməyə müəyyən hüquqlarımız var ”, – Rohani deyib.

İran prezidenti aeroportda jurnalistlərə danışıb. O, Soçiyə yola düşüb. Orada rusiyalı və türkiyəli həmkarları ilə Suriya müharibəsini müzakirə edəcək.

***

İranda törədilmiş intihar partlayışında azı 27 inqilab keşikçisi həlak olub

İran xəbər agentliklərinin yaydığı məlumata görə ölkənin cənub-şərqində törədilmiş intihar bomba partlayışı nəticəsində elit İnqilab Keşikçiləri qvardiyasının 27 döyüşçüsü həlak olub.

Bu hücuma görə sünni separatçı Ceyş ül-Ədl (Ədalət ordusu) təşkilatının məsuliyyəti öz üzərinə götürdüyü bildirilir.

Xəbər verilir ki, intiharçı, partlayıcılarla doldurulmuş avtomobili İnqilab Keşikçiləri qvardiyası əsgərlərini daşıyan avtobusun üstünə sürüb.

Hadisənin Sistan-Bəlucistan ostanının Zahedan və Xaş şəhərləri arasındakı yolda baş verdiyi bildirilir.

Sistan-Bəlucistan İranın Pakıstanla həmsərhəd narahat regionlarından biridir. Burada silahlı qruplaşmalar və narkotik maddə qaçaqmalçıları tez-tez əməliyyatlar keçirir.

Bu vilayətdə əhalinin əksəriyyətini sünni müsəlman bəluclar təşkil edirlər.

İranın xarici işlər naziri Mohammad Javad Zarif fevralın 13-də baş vermiş bu hücumu hazırda Varşavada keçirilən Yaxın Şərq konfrası ilə əlaqələndirib
İranın xarici işlər naziri Mohammad Javad Zarif fevralın 13-də baş vermiş bu hücumu hazırda Varşavada keçirilən Yaxın Şərq konfrası ilə əlaqələndirib

İranın xarici işlər naziri Mohammad Javad Zarif fevralın 13-də baş vermiş bu hücumu hazırda Varşavada keçirilən Yaxın Şərq konfrası ilə əlaqələndirib. Birləşmiş Ştatlar və Polşanın birgə keçirdiyi bu konfransa İran dəvət olunmayıb.

Zarif Twitter-də yazıb ki, hücumun “Varşava sirkinin” başlanması ilə eyni gündə baş verməsini təsadüf saymaq olmaz.

O iddia edib ki, Varşavanın küçələrində adamlar bu hücum barədə xəbəri ucadan alqışlayıblar.

Zarif bu iddiasının təsdiqi üçün heç bir sübut göstərməyib.

Şərhçilər bildirirlər ki, hücum birbaşa ali rəhbər Ali Khamenei-yə tabe olan bu qüdrətli qurumun nüfuzuna güclü zərbə olub.

Ötən il Əhvazda keçirilən hərbi parada hücum zamanı həlak olmuş 25 nəfərin arasında 12 inqilab qvardiyaçısı da vardı. Bu hücum üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlı ekstremist təşkilat və ərəb separatçı qruplaşmaları götürmüşdülər.

Ötən il Əhvazda keçirilən hərbi parada hücum zamanı həlak olmuş 25 nəfərin arasında 12 inqilab qvardiyaçısı da vardı
Ötən il Əhvazda keçirilən hərbi parada hücum zamanı həlak olmuş 25 nəfərin arasında 12 inqilab qvardiyaçısı da vardı

Ceyş ül-Ədl bəyan edir ki, o etnik bəluclar üçün daha geniş hüquqlar uğrunda mübarizə aparır.

Ötən ay bu təşkilat əyalətin paytaxtı Zahedanda baş vermiş qoşa bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Yanvarın 29-da baş vermiş həmin hücumda üç polis nəfəri həlak olmuşdu.

Dekabr ayında bu vilayətdəki Çabahar liman şəhərində intihar bomba partlayışı törədilmişdi. Bu hadisədə 2 polis nəfəri həlak olmuş, daha 42 nəfər yaralanmışdı.

Ötən oktyabrda Ceyş ül-Ədl İranın 10 təhlükəsizlik zabitinin oğurlanması üçün məsuliyyəti öz üzərinə götürmüşdü.

Onlardan bəziləri sonradan azad olunmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG