Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:36

Çexiya məhkəməsi Ermənistan vətəndaşına 15 il həbs cəzası kəsdi


Norayan Tsaturyan

Praqa şəhər məhkəməsi 48 yaşlı Ermənistan vətəndaşı Norayan Tsaturyanı qiyabi 15 il həbs cəzasına məhkum edib.

O, 2 nəfəri öldürməyə cəhddə təqsirli bilinib.

Bu barədə Çexiyanın iDNES portaslı məlumat yayıb.

Tsaturyan ötən ilin sentyabrından axtarışdadır. Ələ keçsə cəzasını vətənində çəkəcək, çünki cəzada deportasiya nəzərdə tutulur.

Müstəntiqlər hesab edir ki, Tsaturyan Ermənistana qaçıb.

İnsident 2016-cı il iyulun 1-də Praqanın Zliçin rayonundakı “Globus” ticarət mərkəzində ermənilərdən ibarət iki qrup arasında baş verib.

Mübahisə qızışanda Tsaturyan tapançanı çıxararaq iki rəqibinə atəş açıb.

Onlardan biri maşının arxasında gizlənə bilsə də digərinə 6 güllə dəyib.

Amma güllələr onun orqanlarına dəymədiyindən 48 yaşlı kişi sağ qalıb.

Detektivlər hesab edir ki, görüş əvvəlcədən danışılıbmış.

“Təxmin etmək olar ki, insidentə səbəb erməni diasporu daxilində borcun qaytarılmaması olub.

Ermənilər də gürcülər kimi milli qrupları daxilində bütün məsələləri öz aralarında həll edirlər” prokuror Petr Bosh iDNES portalına bildirib.

Polis hesab edir ki, Tsaturyanı borcu verənlər kirayələyiblərmiş.

Amma digər münaqişə iştirakçıları istintaqla əməkdaşlıq etmədiklərindən bu versiyanı rəsmi şəkildə təsdiqləmək mümkün olmayıb.

Onlar qəflətən yadaşlarını itirdiklərini iddia edirlər.

Müdafiə tərəfi atışmanın müdafiə məqsədilə edildiyini sübut etməyə çalışsa da məhkəmə bunu rədd edib.

Müdafiə tərəfi qərardan apelyasiya şikayəti verib.

İşə Praqanın Ali məhkəməsində baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG