Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Çernoqoriya millisinin məşqçisi Kosovo ilə oyuna görə istefaya göndərildi


Ljubisa Tumbakovic ,Çernoqoriya millisinin keçmiş
baş məşqçisi. 17 noyabr, 2018
Ljubisa Tumbakovic ,Çernoqoriya millisinin keçmiş baş məşqçisi. 17 noyabr, 2018

Çernoqoriya futbol millisinin serbiyalı məşqçisi Lyubiş Tumbakoviç Kosovo yığması ilə oyunda iştirakdan imtina etdiyinə görə istefaya göndərilib.

Tumbakoviçlə yanaşı onun köməkçisi Saşa Yankoviç və Serbiya doğumlu daha 2 futbolçu Filip Stoykoviçlə Mirko İvaniç də oyunda iştirak etməyiblər.

Hər iki futbolçi Belqradın "Çrvena Zvezda" klubunda oynayırlar.

Çernoqoriyanın "Vesti" qəzeti yazır ki, məşqçi və oyunçular radikal azarkeşlərin təzyiqlərinə məruz qalıblar.

Azarkeşlər onlardan, Serbiyanın tanımadığı Kosovo millisi ilə oyundan imtina etməyi tələb ediblər.

Çernoqoriyanın futbol federasiyası idmançıların hərəkətini xoşagəlməz sürpriz adlandırıb.

66 yaşlı Tumbakoviç Serbiya futbolunda ən titullu məşqçilərdən biridir.

O, Belqradın “Partizan” klubunu 6 dəfə çempion edib.

İyunun 7-də Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Podqoritsada keçirilən Çernoqoriya-Kosovo görüşü 1:1 nəticələnib.

Hər iki klubun çempionata çıxma şansı var.

Qeyd edək ki, Kosovo 2008-ci ildə müstəqilliyini elan edərək Serbiyadan ayrılıb.

ABŞ və Avropa Birliyi də daxil olmaqla 100-dən çox ölkə onun müstəqilliyini tanıyır.

Ammma Serbiya, Rusiya və Çin kimi ölkələr onun müstəqliyini tanımırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG