Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:28

XİN: 'Metsamor AES sabahın Çernobılıdır'


Çernobıl - turist attraksionu?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
Direct-ə keçid

Çernobıl - turist attraksionu?

«Çernobıl qəzasından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çernobıl Fəlakətinin Anım günü ilə əlaqədar açıqlamasında deyib.

O bildirib ki, fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycandan 7 mindən çox insan iştirak edib: «Çernobıl qəzası baş verən dövrdə Azərbaycan qəzadan bilavasitə əziyyət çəkən 7 mindən artıq şəxsin müvəqqəti olaraq ölkə ərazisində yerləşdirilməsi, təminatı, reabilitasiyası və müalicəsini təşkil edib. Hazırda Azərbaycanda 5000 nəfərə yaxın Çernobıl əlili var. Ötən müddət ərzində 2 mindən artıq Çernobıl əlili vəfat edib».

«EHTİYAT HİSSƏLƏR VAXTINDA DƏYİŞDİRİLMİR»

Azərbaycan XİN rəsmisi vurğulayıb ki, hətta Çernobıl əlillərinin övladları da əksər hallarda radioaktiv şüalanmanın nəticələrindən əziyyət çəkir.

Çernobıl hadisələri "likvidatorlar"ın yaddaşında
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

H.Hacıyev beynəlxalq ictimaiyyətin diqqətini 1976-cı ildə Ermənistan ərazisində tikilmiş Metsamor Atom Elektrik Stansiyasına (AES) da çəkib: «Metsamor AES bu gün Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır. Tikildiyi dövrdən etibarən stansiyada ciddi və köklü təmir işləri aparılmayıb. Metsamor AES xüsusi fəallığı ilə seçilən aktiv seysmik zonada yerləşir. Ermənistanın bu AES-i texniki təhlükəsizlik tələblərinə uyğun olaraq saxlamaq və istismar etmək gücündə deyil. Tələb olunan ehtiyat hissələr vaxtında dəyişdirilmir».

XİN sözçüsü hesab edir ki, bu stansiyanın doğura biləcəyi fəsadlar gözardı edilməməlidir.

XATIRLATMA

1986-cı il aprelin 26-sı Ukraynanın Çernobıl şəhəri ərazisində yerləşən AES-də radiasiya sızması baş verib. Bu, yüz minlərlə insana və ətraf təbiətə fəlakət gətirib. BMT Baş Assambleyası 2016-cı ildə aprelin 26-sını Çernobıl Fəlakətinin Anım günü elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG