Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Kəndli: ‘Zavod pomidorun kilosunu 7 qəpikdən götürür... sərf eləmədi’


Pomidor (arxiv fotosu)
Pomidor (arxiv fotosu)

Rəsmi məlumatlara görə, Lənkəran rayonunda bu ilin 9 ay ərzində ümumi məhsul istehsalı 310,5 milyon manat, Masallı rayonunda 478,8 milyon manat, Yardımlı rayonunda isə 53 milyon manatdan çox olub.

Cəlilabad rayonunda keçirilən müşavirədə bildirilib ki, 9 ayda 96,2 min ton kartof istehsal olunub. Lerik və Astara rayonunda da məhsul istehsalında artım olduğu açıqlanıb. Cənub rayonlarında keçirilən müşavirlərdə həmçinin vurğulanıb ki, kənd adamların gəlirləri artıb.

“Badımcan, qarğıdalı əkmişdim, ziyana düşdüm”

Masallı rayonun Təklə kənd sakini, Səmədağa Həsənov isə deyir ki, onlar ili zərərlə başa vurublar:

Buna da bax:​ Selin gəldiyi Rudəkənar kəndi: 'Körpələri götürüb qaçdıq...'

“Badımcan, qarğıdalı əkmişdim, ziyana düşdüm. Dedilər tədarük məntəqəsi var, əkin məhsulunuzu götürərlər. Heç kim götürmədi. Məhsul da yaxşı olmadı. Mövsümün əvvəlində quraqlıq oldu, sonra sahələri su basdı”.

Cəlilabadda üzüm sahəsi
Cəlilabadda üzüm sahəsi

S. Həsənovun sözlərinə görə həmkəndliləri də ziyanla işləyiblər.

“Lənkəran Konserv Zavodu pomidorun 1 kilosunu 7 qəpikdən götürürdü”

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

Adının çəkilməsini istəməyən bir Astaralı iş adamı da gəlirin azaldığını deyir:

“13 hektarda kənd təsərrüfatı məhsulu əkmişdim. Baş-başa oldu. Bu yay 5 hektarda pomidor əkmişdim, tomat zavoduna verdim. Lənkəran Konserv Zavodu pomidorun 1 kilosunu 7 qəpikdən götürürdü, daha aparmadım. Maşın zavoda pomidorun 1 tonunu 20 manata aparırdı. Orda qalırdı 50 manat. Pomidoru zavoda verənəcən 1 gün keçirdi. Həmin 50 manatı da yeməyə verirdik. Sərf etmədi”.

“25 fəhlədən 3-ü qalıb...”

İş adamının deməsinə görə, yeni problemlər meydana çıxıb:

“Əkin sahəsindən İrana dəmir yolu çəkiblər. Torpağım qalıb dəmir yolun o tərəfində. Dövrə vurub sahəmə çatıram. Bunlar hamısı xərcdir. Mövsümdə məndə 25 nəfər işləyirdi. Ayda adam başına 200 manat pul verirdim. İndi 3 nəfər qalıb. Fəhləyə verəsi pulum yoxdur. Sahibkarlarla görüşlərdə həmişə problemlərdən danışırıq. Heç birisi həll olunmur. Məsələn, su məsələsi. Yayın qızmar çağında kanallara su vurmaq lazımdır. Su olmur. Nə qədər əkin sahəm susuzluqdan məhv oldu...”

Buna da bax:​ Prezidentin cənub rayonlarına səfərinin pərdəarxası...

Sahibkar növbəti ildə də kənd təsərrüfatı məhsulları əkəcəyini bildirir. Onun sözlərinə görə, yerli sahibkarların başqa yolu yoxdur: “Digər sahələri ələ keçirdiblər. Kənd təsərrüfatında böyük qazanc əldə etmək mümkün deyil”.

Bazarlarda məhsullar bahalaşıb

Rayon bazarlarında da qiymətlər ötən ilə nisbətən bahalaşır. Lənkəran bazarında kartofun 1 kiloqramı 70-80 qəpiyədir.

Alıcılar deyir ki, soğan da ötən ilə nisbətən bahadır. Yerli düyünün 1 kiloqramı 4-5 manatadır. Ətin bir kiloqramı isə 11 manata yüksəlib. Bazarlarda yerli məhsul azdır.

Biləsuvar, əkin sahələri
Biləsuvar, əkin sahələri

Alıcılar deyirlər ki, “tədricən bazarın yolunu unutmaqdadırlar”. Əvvəllər həftədə bir neçə dəfə bazara gəlirdilərsə, indi ayda bir dəfə bazara gəlirlər.

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

“Sovet dövründən qalma hesabatlar...”

İqtisadçı Əlipənha Rzalı deyir ki, rayonlarda keçirilən müşavirədə səslənən rəqəmlər reallığı əks etdirmir. O belə hesab edir ki, hesabatlar siyasi xarakterlidir və sovet dövründən qalma bir qaydadır:

“O rəqəmlərə görə biz 2 dəfə yaxşı yaşamalı idik. Xüsusən kəndlilər. Amma bazarda bahaçılıqdır. Alıcı da azdır. Alan yoxdur. Mən biləni düyü ixracı azalmayıb. Hesabatlarda göstərilir ki, bu il Astarada 1798 ton, Lənkəranda 1443 ton çəltik tədarük edilib. Digər rayonlarda da çəltik əkini keçirilib. Az deyil. Bazara təsir edəcək məhsuldur. Amma qiymət aşağı düşmür. Bu onu göstərir ki, iqtisadi böhran yüksəkdir. Ya da rəqəmlər saxtadır”.

Yeni iş yerləri və “Qul bazarları”

Buna da bax:​ Artupalı: 'Sovet dövründən camışçılıqla məşğuluq, amma indi...'

İqtisadçı hesabatlarda iş yerləri ilə bağlı deyilənlərlə də razılaşmır:

“Böhranda iş yerlərin açılması haqqında verilən məlumatlar gülməlidir. Verilən hesabatlarda göstərilir ki, Lənkəranda 2858 yeni iş yerləri açılıb, bunun 2134-ü daimidir. Harda? Lerik və Yardımlı kimi dağ rayonlarında da yeni iş yerləri açılıb. İş yerləri olsaydı Masallıda, Lənkəranda, Cəlilabadda “qul bazarları” canlanmazdı.

Sovet dönəmində keçirilən qurultaylarda deyirdilər ki, 1983-cü ildə maddi nemətlər sel suyu kimi axacaq və kommunizm qurulacaq. Hamısı dağıldı...”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG