Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:48

''Xəzər-Lənkəran'ı süni şəkildə çökdürdülər' - Ekspert


200 mindən çox əhalisi olan Cənub bölgəsinin indi Topaz Premyer Liqası və I divizionda təmsilçisi yoxdur. Ancaq onların da deyəsən həyatına yenidən futbol daxil olur.

Uzun fasilədən sonra cənub bölgəsində yeni futbol klubu yaradılıb.

Bu barədə AzadlıqRadiosuna klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov məlumat verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Masallı rayonunda toplantı da keçirilib:

“Hazırda “Xəzər-Lənkəran” başda olmaqla Cənub bölgəsində bütün futbol klubları öz fəaliyyətlərini dayandırıb. Yeni futbol klubunun yaranmasına zərurət yaranıb . “Cənub Futbol klubu” Masallı rayonunda fəaliyyət göstərən “Viləş ” futbol komandasının əsasında yaradılıb.”

M. Həşimovun deməsinə görə“Xəzər-Lənkəran” futbol klubu ləğv ediləndən sonra bu istiqamətdə heç bir ciddi addım atılmayıb:

“Bizdə futbolu sevirlər”

“Masallıda və Lənkəranda 200 mindən çox əhali yaşayır. Ən populyar idman növü olan futbol klubu isə yoxdur. “Xəzər - Lənkəran ”ın sonu hamıya məlumdur. Masallıda isə futbol dəfələrlə “ölüb-dirilib”. Lakin Masallıda ənənələr o qədər güclü olub ki, bütün imkanlar tükənsə belə, könüllülər futbola həyat veriblər. Yeni futbol klubu da həvəskarların təşəbbüsü ilə yaradılıb. Əhali tərəfindən böyük dəstək var. Bizdə futbolu sevirlər.”

Buna da bax: Azərbaycan yığmasının güləşçiləri yarış əhvalında deyil [video]

Mirələm Həşimov deyir ki,“Xəzər-Lənkəran”, “Viləş”, ”Boradigah” futbol komandalarında oynamış keçmiş idmançılar da bu prosesə dəstək verirlər:

“Məşqçi Mahir Bağırovdur. M. Bağırov“Boradigah ” futbol komandasının məşqçisi olub.”

“Məqsədimiz İ divizionda iştirak etməkdir”

Daha sonra mətbuat xidmətinin rəhbəri məqsədlərindən danışır:

“Məqsədimiz İ divizionda iştirak etməkdir. Bunun üçün 1000 manat üzvlük haqqı lazımdır. Çalışırıq,...”

Stadion problemi

Adının çəkilməsini istəməyən birmütəxəssisin dediyinə görə, Cənub bölgəsindəfutbolun inkişafına mane olan problemlər çoxdur:

”Astara, Masallı, Cəlilabad rayonlarında olimpiya idman kompleksləri var. Bu komplekslərin inşasına milyonlarla pul xərcləyiblər. Lənkəranda 2005-ci ildə tikilmiş olimpiya idman kompleksini sökdülər. Astara rayonunda fəaliyyət göstərən olimpiya idman kompleksində böyük futbol üçün meydança yoxdur. Ümumiyyətlə rayonlarda böyük futbol meydançaları problemdir. Masallı şəhər futbol meydançası bərbad vəziyyətdədir. Boradigah qəsəbəsində tikilən futbol meydançasına 1 milyon manatdan çox xərc çəkilib. Lakin stadion bağlıdır.”

Futbol mütəxəssisin sözlərinə görə,Azərbaycanda idmanın inkişafından danışılsa da bu rayonlarda bir elə də özünü göstərmir:

“Olimpiya idman komplekslərinin çoxu dövlətin hesabına tikilib. Bu belədirsə onda orda xidmətlər pulsuz olmalıdır. Komplekslər böyük pul tələb edirlər. Ona görə idmançılar başqa yerlər axtarırlar. Futbolda qeyri sağlam mühit var. “Xəzər-Lənkəran”ı süni şəkildə çökdürdülər. Bu klubun fəxri prezidenti iş adamı Mübariz Mənsimov idi. O Lənkəranda futbol üçün güclü baza yaratdı. Nəticədə nə oldu? Futbol da monopoliyadadır ”

Buan da bax: 'Barcelona' 'Real'ı yenib yarışın qalibi oldu [Video]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG