"Barcelona" komandası "Real" üzərində 3-2 hesabıyla qələbə qazanaraq Beynəlxalq Çempionlar Kuboku turnirinin qalibi olub.
Beləliklə turnirdə 3 qələbə qazanan "Barselona" Sinqapur, ABŞ və Çində keçirilən bu yarışda xal hesabıyla birinci olub.
Yarışda 15 komanda iştirak edib.
Bu yoldaşlıq turniri 2013-cü ildən keçirilir.
Burada əsasən Avropa komandaları iştirak edirlər, amma yarışın özü Avropadan kənarda təşkil edilir.