Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

Cəmil Həsənli: 'Onda Qız qalasını saxlamağln nə mənası?'


Cəmil Həsənli
Cəmil Həsənli

►“İki daşını bir yerə qoyub desinlər ki, Qız qalasının nişanəsidir”

“Apreldə döyüş bölgəsindəki uğurlu əməliyyatın dividentlərini Azərbaycan tərəfi Vyanada qurban verdi”

“Sanki hakimiyyət siyasi məhbus problemi ilə özünü dünyanın və yerli ictimaiyyətin demokratiya tələbindən sığortalayır”

Milli Şuranın sədri, tarixçi, araşdırmaçı Cəmil Həsənli gündəmdə olan bəzi mövzular haqda fikirlərini AzadlıqRadiosu ilə bölüşüb.

– Cəmil bəy, söhbətə Sovetski kimi tanınan ərazidəki söküntüdən başlayaq. Etirazlara rəğmən tarixi binalar sökülməkdədir. Bir tarixçi kimi siz nə düşünürsüz bu haqda?

– Burda iki yanaşma var. Sovetskidə və ona yaxın ərazilərdə müasir yaşayış şərtlərinə uyğun gəlməyən çox sayda bina var. Orda yaşayanların normal kompensasiya və ya normal yaşayış yeri ilə təmin edilməsi şərti ilə orda yenidənqurma aparılması məqbuldur. Amma bununla bərabər, şəhərsalmanın öz qaydası var, söküntü ərazisində çoxlu sayda Azərbaycanın tarixi, memarlıq abidələri siyahısına düşən binalar var. Burda ucdantutma söküntü aparılması doğru deyil. Bunlar həm arxitektura, həm yaş, həm də şəhər tarixi baxımından əhəmiyyətlidir. Ucdantutma binaların sökülməsi, küçələrin dağıdılması tarixə etinasız, saymazyana münasibətin nəticəsidir və bu yolverilməzdir.

– Amma bu günlərdə mütəxəssislərin fikirləri də ziddiyyətlidir. Bəziləri orda tarixi, memarlıq baxımından dəyərli abidələrin olmadığını iddia edir, bəziləri də əksini bildirir.

– Qiymətli memarlıq abidələri deyildilərsə, niyə memarlıq abidələri siyahısına salmışdılar? Kimsə hökumətin xoşuna gəlmək, işinə yaramaq üçün deyirsə, bu, ayrı məsələdir. Doğrudan da, bu binalar memarlıq abidələri olmağa layiq deyildisə, bunları abidə kimi sənədləşdirmək lazım deyildi. Salınıbsa, qoruması haqda fikirləşmək lazımdır.

Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

– İyunun 10-da deyiblər ki, bu binaların ornamentlərini söküb muzeydə saxlayacaqlar. Şəhər icra hakimiyyətinin bu qərarını necə dəyərləndirirsiz? Dünyada belə nümunələr var?

– Bu minvalla İçərişəhəri də elə mini bir ərazi ayırıb orda yerləşdirə bilərlər. Bunu etmək olmaz! Əvvəla o söküntü qayda-qanuna uyğun aparılmır axı, bu şəraitdə nəyi qoruyub saxlamaq olar? Orda ekskavatorlar, ağır texnika əraziyə girib, hər yan toz-torpaq, uçqun, nəyi söküb aparacaqsan? Yaxud orda sökülüb aparılanla nə yaradacaqlar? Məncə, bu etirazlardan yayınmaq cəhdidir ki, ornamentləri harasa aparacağıq... Onda İçərişəhərin də maketini qursunlar. Ya Qız qalasını saxlamağın nə mənası var? İki daşını bir yerə qoyub desinlər ki, Qız qalasının nişanəsidir.

____________________________________________________________

Bunlara da bax:
Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi
Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

____________________________________________________________

– Cəmil bəy, indi də cəmiyyətin diqqət mərkəzində olan başqa mövzuya keçək – Dağlıq Qarabağ münaqişəsinə. Milli Şuranın bugünlərdə xalqa müraciətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı narahatlığınızı dilə gətirmişdiz. İyunun sonlarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi gözlənir. Nə gözləyirsiz bu görüşdən?

– Qarabağ mövzusu Azərbaycanın ümdə problemidir. Bu il Azərbaycanın müstəqillik əldə etməsinin 25 illiyi tamam oldu. 25 il bir ölkənin torpaqlarının işğal altında qalması üçün uzun vaxtdır. Buna dözmək olmaz. Şübhəsiz ki, hakimiyyətin yeritdiyi siyasət özünü doğrultmur. Bunun nəticəsidir ki, bu sahədə irəliləyiş yoxdur. Ola da bilməz. Ərazisinin 20 faizi işğal olunmuş ölkənin hakimiyyəti korrupsiya və monopoliya ilə məşğuldursa, ondan torpaqları azad etməsini gözləməyə dəyməz. Bu mənada qarşıdakı görüşdən də heç nə gözləmirəm. Sıra etibarilə keçirilən görüşlərdən biri olacaq, heç nə dəyişməyəcək. İctimaiyyəti də yalandan bu görüşə kökləmək olmaz.

Vyanada Qarabağ danışıqları

Vyanada Qarabağ danışıqları
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

–Ancaq apreldə baş verənlərdən sonra toplum dəyişikliyə köklənib, hələ də müzakirələr tam səngiməyib.

– Apreldə döyüş bölgəsində, cəbhədə həyata keçirilən uğurlu əməliyyatın dividentlərini Azərbaycan tərəfi Vyanada qurban verdi. Hərbi sahədə qazanılan uğurlar diplomatik cəbhədə təslim edildi. Azərbaycanın Qarabağ üzərində hüquqları var və hakimiyyət indiyə kimi bu hüquqları güzəştə gedə-gedə gəlib. Vyana görüşündə də bu yöndə addım atıldı. Yəni Azərbaycan vaxtilə Bişkek protokolunda təsbit olunmuş siyasətin davamına razılıq verdi. Bununla da torpaqlarının işğal altda qalmasına razılaşmış oldu.

– Niyə?

– Səbəb çoxdur. Birini dedim, ərazisi işğal edilən ölkənin hakimiyyəti korrupsiyaya qurşanıbsa, ondan torpaqların azad olunmasını gözləmək mənasızdır. İkincisi, məqsədyönlü siyasət yoxdur. Aprel böhranı zamanı müxtəlif fikirlər vardı. Cəbhədə uğurlu əməliyyatlar keçirilirdisə, o biri tərəfdən Azərbaycan prezidenti dedi ki, Ermənistan prezidentinin xahişi ilə hücum əməliyyatını dayandırdım. Ermənistan işğal etdiyi torpaqları saxlamaq üçün qarantiya istəyirdi və bu qarantiyanı da aldı.

– Azərbaycan hakimiyyəti təkcə korrupsiyaya görə yox, həm də təməl hüquq və azadlıqları məhdudlaşdırdığına görə qınanır, tənqid edilir. Hərçənd son zamanlar siyasi məhbusların buraxılmasını son iki ildə vətəndaş cəmiyyəti və hakimiyyət arasındakı gərginliyin azalması kimi də yozanlar oldu. Yumşalma varmı, sizcə?

– Azərbaycanda insan haqlarının pozulması məqsədyönlü siyasətdir. Ölkədə 100-dək siyasi məhbus var. Məqsəd odur ki, dünya onunla demokratiya davası aparmasın, dünya ondan siyasi məhbusların buraxılması ricasında bulunsun. Bu gün Azərbaycanda bu qədər siyasi məhbus olmasaydı, başqa söhbətlər gündəmə gələrdi. Məsələn, demokratik, azad seçkilər, siyasi, iqtisadi islahatlar yönündə söhbət gedərdi. Bu gün dünya siyasi məhbusların azadlığını tələb edir ancaq. Sanki hakimiyyət siyasi məhbus problemi ilə özünü dünyanın və yerli ictimaiyyətin demokratiya tələbindən sığortalayır.

XS
SM
MD
LG