Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 13:52

Cəlilabadda polis müşayiəti ilə anım mərasimi


Cəlilabad. Şəhidlər xiyabanı.

20 yanvar hadisəsi Bakı ilə yanaşı əyalətlərdə də anılıb. Cəlilabad rayonunda isə anım mərasiminin polis müşayiəti ilə keçirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosu-na Müsavat partiyası rayon təşkilatın sədr mavini Əlipənah Rzalı məlumat verib:

Buna da bax:​ 20 Yanvar faciəsindən 27 il ötür

“Hələ yanvarın 17-də rayon təşkilatın sədrini polis şöbəsinə dəvət etmişdilər. Bu barədə sosial şəbəkələrdə də məlumatlar gedib. Rəis müavini sədrə bildirmişdi ki, Şəhidlər Xiyabanına piyada getməyin. Elə qüvvələr var ki, bundan istifadə edə bilər. Biz də qərar çıxartdıq ki, xiyabana maşınlarla gedək”

Əlipənah Rzalının sözlərinə görə, rayon təşkilatına məxsus qərargahın ətrafında da polislər olub. Onlar baş verənləri kənardan izləyirdilər.

Buna da bax: Silahlı Qüvvələrdə 20 Yanvar hadisələri anılıb

Məsələyə, hələlik, Cəlilabad Rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

27 il öncə Bakıdan (20 yanvar) başqa, sovet qoşunları Neftçala (25 yanvar) və Lənkəranda da (26 yanvar) qətllər törədib. Ümumilikdə bu hadisələr zamanı 137 nəfərin həlak olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz olaraq həbs edildiyi bildirilir.

XS
SM
MD
LG