Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 22:01
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

16:33 1.2.2016

Qaz sızması məlumatı bir gün əvvəl verilmişdi

«Neftçilərlə apardığımız söhbətlərdən məlum olur ki, «Günəşli» yatağında boru xəttində xamutun boşalması nəticəsində qaz sızması olub. Bu haqda hadisə baş verməzdən 1 gün əvvəl telefonoqrama ilə mərkəzə xəbər verilib. Lakin onlara bildirilib ki, istehsalatı dayandırmaq olmaz» . Bunları Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı fevralın 1-də keçirdiyi mətbuat konfransında deyib.

17:26 1.2.2016

"Tutulanların hamısı buraxılıb"

Yanvarda bölgələrdə bahalıq əleyhinə etirazların mərkəzində Siyəzəndəki aksiya dayanırdı. İki günlük (yanvarın 12-13-də) etirazlardan sonra Daxili İşlər Nazirliyi 55 nəfərin saxlanması, bir neçəsi haqda həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumat yaydı.

Siyəzən rayon icra hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova deyir ki, hazırda rayonda sakitlikdir, tutulanlar da buraxılıb:

“Heç bir qiymət artımı yoxdur. Unun qiyməti düşüb. Çörəyin də qiyməti cənab prezidentin çıxışından sonra düşüb. Dükanlarda vaxtlı-vaxtında monitorinqlər keçirilir. Tutulanlardan da heç kim qalmayb, hamısı buraxılıb”.

20:41 1.2.2016

Bu günki AzadlıqLive-da:

Zaqatalada neçə nəfər və niyə tutulub?

Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid

Gözlə

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

Bölgələrdə keçən ayın əvvəlindəki aksiyalardan sonra nə dəyişdi?

Cəlal Əliyevin siyasi fəaliyyəti

Gözlə

No media source currently available

0:00 0:02:19 0:00
Direct-ə keçid

Səməd Seyidov işdən çıxarılması xəbərini yalan adlandırır

13:08 2.2.2016

Cəlal Əliyevin nəyi qaldı?

Akademik Cəlal Əliyev dövlətin 1-ci özəlləşdirmə proqramının gedişində Bakıda bir neçə istehsal və ticarət müəssisəsinin özəlləşdirilməsinə yaxından qatılıbmış.

Bunların arasında Mərkəzi Univermaq, Keşlədəki Bakı ət kombinatı, «Göyəzən» çörək zavodu, anbar kimi istifadə olunan «Bakı Geyim» ASC, «Günəş» şadlıq sarayı və s. varmış. «Bakı Şampan Şərabları» ASC investisiya müsabiqəsi yolu ilə Cəlal Əliyevin həyat yoldaşı Eleanora Qazıbəyovanın təsisçisi olduğu şirkətlərdən birinin adına özəlləşdirilibmiş.

Davamı

XS
SM
MD
LG