Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 11:19
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:26 2.2.2016

İranın Qafqazda rolu artır

«Stratfor» Araşdırmalar Mərkəzi İrana beynəlxalq sanksiyalar qaldırılandan sonra bu ölkənin Qafqazda güclənən rolundan söz açır. Tehran indi regionda daha geniş əməkdaşlığa çalışacaq, ticarət və enerji sazişləri imzalayacaq. Ancaq iki əsr boyunca Qara dəniz və Xəzər dənizi arasında dominantlıq etmiş Rusiyanın rolunu da nəzərə almalı olacaq.

14:09 2.2.2016

Azərbaycan 91-cidir- iqtisadiyyat nə qədər azad deyil?

Son bir ildə iqtisadi azadlıq 97 ölkədə yaxşılaşıb, 74 ölkədə pisləşib. Hesabat 178 ölkəni əhatə edir.

22-ci ildir ki, dalbadal dünyanın iqtisadi azadlıq liderləri Honq Konq və Sinqapurdur. Onlar yenə də 1-ci və 2-ci yerdədirlər.

Azərbaycan siyahıda 91-ci yerdədir və “qismən azad” ölkələr sırasındadır.

MDB ölkələrindən yalnız Gürcüstan “daha çox azad” qiymətini alıb. Gürcüstan dünyada 23-cü yerdədir.

Rusiya “daha çox qeyri-azad” qiymətini alıb və 153-cü yeri tutur.Bunu 2016 İqtisadi Azadlıq İndeksi bildirir. Bu hesabatı hər il Wall Street Journal qəzeti və Heritage Fondu birlikdə hazırlayır.

16:04 2.2.2016

Ilham Əliyev BƏƏ-yə niyə gedib?

Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bir sıra işgüzar görüşlər keçirib. O, səfərinin ilk gününə Əbu-Dabinin irsi vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanın müavini şeyx Mohammed bin Zayed Al Nahyan ilə geniş tərkibdə görüş ilə başlayıb.

Görüşdə siyasət, iqtisadiyyat, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Xəbəri Azərbaycan prezidentinin saytı yayıb.

Daha sonra Əliyev Əbu-Dabidə şeyx Zayed məscid kompleksini və BƏƏ-nin birinci prezidenti şeyx Zayed bin Sultan Al Nahyan-ın məzarını ziyarət edib. Səfərin birinci günü Dubaydakı məşhur «Bürc-Xəlifə» binası ilə tanışlıqla başa çatıb.

16:24 2.2.2016

ANS məhkəmədə yenə MTRŞ-ni uddu

Fevralın 2-də Səbail Məhkəməsi ANS-in Milli Televiziya və Radio Şurasına qarşı şikayətlərinə baxıb. Məhkəmənin gəldiyi nəticə odur ki, MTRŞ AN-ə qarşı qərarlarına yenidən baxmalıdır. Belə qərarlar 26-dır.

Davamı

XS
SM
MD
LG