Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:23
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

12:56 1.2.2016

Cəlal Əliyev vəfat edib

Akademik Cəlal Əliyev yanvarın 31-də 88 yaşında vəfat edib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb. Bildirilir ki, mərhumla vida mərasimi bu gün AMEA-nın əsas binasında keçiriləcək və o, 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 2014-cü ildə Kənd təsərrüfatı sahəsində tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

12:58 1.2.2016

Zaqatalada saxlananlar

Zaqatala rayonunda yanvarın 30-da bahalaşma əleyhinə etiraz aksiyası keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılandan sonra saxlananlar olub. Onlardan biri Yuxarı Tala kəndinin sakini Səbuhi Nusalovdur. Anası Gülzar Nusalova AzadıqRadiosu-na deyib ki, sürücü işləyən oğlu yanvarın 28-də evdən maşınını düzəltmək üçün çıxıb:

«Maşınını düzəldəndən sonra bir stəkan çay içmək istəyirmiş ki, götürüb aparıblar. Oğlum kasıbçlığının dalıyca gedən adamdır. Onu niyə tutublar, bilmirəm».

12:59 1.2.2016

«Hökumət qəsdən manat qıtlığı yaradır»

«Azadlıq» qəzeti belə yazır. Üstəlik bunu «maliyyə bazarında dollar oyunu» adlandırır. Qəzet banklarda dolları manata çevirmək istəyən vətəndaşlara manat qıtlığını əsas gətirərək milli valyuta verilmədiyini bildirir:«Burada məqsəd dollar ajiotajını yatırmaq, artıq manatın möhkəmləndiyi barədə rəy formalaşdırmaqdır. Bu rəy yaradılandan sonra vətəndaşlarda təbii olaraq dollara inam itəcək və əllərdəki dollarları yığmaq daha da asanlaşacaq. Son bir neçə gündə dolların məzənnəsinin az da olsa aşağı salınması bu məqsədə xidmət edir» deyə qəzet bildirir. Media icmalı

14:08 1.2.2016

Neft yenə düşür

Fevralın 1-də neftin qiyməti yenidən enməyə başlayıb. Səbəb Çinin və Cənubi Koreyanın zəif iqtisadi göstəricilərlə bağlı məlumat açıqlaması və aparıcı neft istehsalçılarının hasilatı azaltma planlarının söz olaraq qalmasıdır.

«Reuters» agentliyi yazır ki, Çindən gələn məlumatlar yanvarda emal sənayesinin 3.5 illik bir müddət ərzində sürətlə düşdüyünü göstərir. Bununla da dünyanın aparıcı enerji istehlakçısının tələbinin azalması sarıdan narahatlıq yaranıb. Cənubi Koreyadan gələn rəqəmlər də ürəkaçan deyil. Ölkənin ixracı 2009-cu il qlobal maliyyə böhranındakı həddə düşüb.

Davamı

XS
SM
MD
LG