Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:19
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

14:05 5.2.2016

BMT ekspertləri: Assange buraxılmalıdır

BMT-nin müstəqil ekspertlər qrupu bildirir ki, Wikileaks-in yaradıcısı Julian Assange Londondakı Ekvador səfirliyində qanunsuz saxlanıb, buraxılmalı və ona təzminat ödənməlidir.

BMT-nin Qanunsuz Saxlamalar üzrə İşçi qrupunun rəhbəri Seong-Phil Hong fevralın 5-də bu barədə bəyanat yayıb.

Assange 2012-ci ilin iyunundan Londondakı səfirlikdə qalır. İsveç onu seksual təcavüzdə ittiham edir və ekstradisiyasını tələb edir.

Britaniya hökuməti də bildirir ki, Assange-ı İsveçə təhvil vermək kimi hüquqi öhdəliyi var.

13:49 5.2.2016

Lirə də düşür

«The Financial Times» yazır ki, Türkiyədə milli valyuta – lirə düşür, ancaq ölkənin Mərkəzi Bankı gərəkən tədbirləri görmək əvəzinə, məzənnəni saxlamağa çalışır. 2008-ci ildə lirə təxminən dollarla yanaşı addımlayırdı, indi isə bir dollar, demək olar, 3 lirədir. Təkcə ötən il lirə dəyərinin 20 faizini itirib. Bu, həm xarici valyuta borcu olan korporasiyaları, həm də sıravi istehlakçını narahat etməkdədir.

13:26 5.2.2016

Bankların birləşməsi hələ heç nə demək deyil

«Fitch» beynəlxalq reytinq agentliyi «AGBank» və «DəmirBank»ın reytinqinə yenidən baxıb. Xəbəri APA yayıb.

Agentlik «AGBank»ın dayanıqlılıq reytinqini «CCC» səviyyəsindən «F»ə endirib. Agentlik bunu bankın artıq fəaliyyət göstərə bilməməsi ilə əlaqələndirib.

Analitiklərin fikrincə, «AGBank» dayanıqlığını itirib və təcili dəstəyə ehtiyacı var.

Agentlik «AGBank»ın «DəmirBank»la konsolidasiyasına da münasibət bildirib. Agentlik hesab edir ki, birləşmə baş verərsə və bu prosesdən əvvəl «AGBank»a kapital dəstəyi göstərilərsə, uzunmüddətli defolt reytinqi «CCC» səviyyəsindən yuxarı qalxa bilər.

«Konsolidasiya prosesi baş verməzsə və banka kapital dəstəyi göstərilməzsə, biz reytinqi aşağı salmalı olacağıq», - deyə hesabatda bildirilir

13:10 5.2.2016

Sahibkar intihar etmək istədi, qoymadılar

Fevralın 5-də Nəqliyyat Nazirliyi yanındakı körpüyə çıxaraq özünü yandırmaq istəyən sahibkar Dönməz Abdullayevin intiharının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin və Yasamal rayon Polis İdarəsinin əməkdaşları danışıqlar apararaq D.Abdullayevi körpüdən endiriblər. Bu zaman onun jurnalistlərlə təmasına belə imkan verilməyib.

(video)

Davamı

XS
SM
MD
LG