Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:24
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

12:44 5.2.2016

AZƏRBAYCANDA İLDƏ 30-DƏK MƏHBUS İNTİHAR EDİR

Bunu isə «Exo» qəzetinə hüquq müdafiəçisi Eldar Zeynalov bildirir. O, belə hallarla bağlı təcridxana və həbsxanalarda psixoloji işin təkmilləşdirilməsini vacib sayır.

Onun fikrincə, uzunmüddətli həbs cəzası almaq məhbusları belə intiharlara əl atmağa məcbur edir:

«Yox əgər insan bir müddət sonra buna əl atıbsa, burada hansısa təzyiqlərdən və ya psixi problemlərdən danışmaq olar. Bəzənsə kriminal dünyanın qanunları bir sıra məhbusları buna əl atmağa vadar edir» - deyə E.Zeynalov bildirir. Mətbuat icmalı

20:36 4.2.2016

Bu günki AzadlıqLive-da:

Bəzi banklar dolların satışını dayandırmaqla dolların "qara bazarını" dəstəkləyir. İqtisadçı Vüqar Bayramov deyir ki, dollar satışının bəzi banklarda hələ də dayanmasının pərdəarxası məqamları var

Gözlə
Embed

No media source currently available

0:00 0:02:10 0:00
Direct-ə keçid

Azərbaycan da istərdi ki, Avropa Birliyi Qarabağ probleminin həllinə qoşulsun. Ancaq politoloq Elxan Şahinoğlu deyir ki, Avropa Birliyinin problemin həllində təsir vasitəsi ya yoxdur, ya da azdır

Gözlə

No media source currently available

0:00 0:01:41 0:00
Direct-ə keçid

Barack Obama prezident kimi ilk dəfə məscidə gedib

Gözlə
Embed

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

Azərbaycanda iş çoxdurmu? İşə kimləri götürürlər? Bakıda sorğu

Gözlə

No media source currently available

0:00 0:02:23 0:00
Direct-ə keçid

19:47 4.2.2016

"Azərbaycan Avropa Birliyinin Qarabağ münaqişəsinin həlinə qoşulmasını istəyir"-

Azərbaycanlı ekspertlər Avropa Siyasəti Mərkəzinin hesabatını şərh edirlər. AzadlıqLive-da radioda

19:10 4.2.2016

Qara bazarı banklarmı yaradır?

...Bayıra çıxanda bank əməkdaşlarından biri ardımızca gəlir, aramızda belə bir dialoq olur:

– Dollar almaq istəyirdiz, nə dedilər?

– Satmadılar, dedilər satış yoxdur.

– Əgər istəsəz, dollar satanlar var, kursu 1.60-dan satırlar.

– Hardadılar?

– Gərək zəng eləyim, gəlsinlər, gizlənirlər.

– Nə qədər ala bilərəm?

– Siz nə qədər istəyirsiz?

– 5 min dollar.

– Satarlar.

Ətraflı az sonra saytımızda.

Davamı

XS
SM
MD
LG