Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 11:17
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

18:02 4.2.2016

Zəlzələ də ola bilər

“2015-ci ildə Azərbaycanda baş verən 3 güclü zəlzələnin parametrləri öyrənilib. Apardığımız tədqiqatlar göstərir ki, Şamaxıdan başlamış Gürcüstan sərhədinə qədər böyük proseslər gedir, gərginlik toplanır. Proses belə getsə, bu, güclü zəlzələlərin baş verməsinə yol aça bilər”.

APA xəbər verir ki, Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin katibi, akademik Fəxrəddin Qədirov belə deyir.

17:36 4.2.2016

Hicablı Amerika idmançısı. İlk dəfə.

CNN.com yazır ki, Amerikalı qılıncoynadan Ibtihaj Muhammad hələ Olimpiya medalını qazanmayıb, amma artıq tarix yazmağa başlayıb.

30 yaşlı Ibtihaj Muhammad 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarında hicabla iştirak edəcək ilk Amerika idmançısı olacaq.

16:43 4.2.2016

Köçkün 30 min manata ev ala bilərmi?

Fevralın 4-də saat 3 radələrində metronun Ulduz stansiyasının yaxınlığındakı pansionatdan məcburi köçkünlər çıxarılmağa başlayıb.

Bu haqda AzadlıqRadiosuna həmin ponsionatda yaşayan Qarabağ müharibəsi veteranı Vahid Əliyev məlumat verib:

“Bizi evlərimizdən polis zorakılığı ilə çıxarırlar. Qadınları belə vururlar, qapı-pəncərəmizi sındırırlar”.

Keşlə Maşınqayırma Zavodunun pansionatında 50 məcburi köçkün ailəsi 1992-ci ildən yaşayır. Pansionatın sökülməsi ərazidəki yolun genişləndirilməsi ilə bağlıdır. Yolu dövlət sifarişi əsasında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti salır.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzadlıqRadiosuna bildirib ki, köçkün ailələrinə 30 min manat kompensasiya ödənilir. Kompensasiya qanunvericiliə görə təyin olunub, bunun artırılması onlardan asılı deyil.

Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məsələyə münasibət açıqlayacağını bildirib.

15:30 4.2.2016

Gürcüstan qazı kimdən alacaq? - Kaladze Bakıya gəlib

Gürcüstanın energetika naziri Kakha Kaladze fevralın 4-də Bakıya gəlib. O, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə danışıqlar aparacaq. Danışıqların mövzusu Azərbaycandan qaz nəqlidir. Son vaxtlar qaz məsləsinə görə Azərbaycanla Gürcüstanın münasibətləri soyuqlaşıb, Gürcüstanın qazı Rusiyadan almaq istəməsi xəbərlərindən sonra.

Davamı

XS
SM
MD
LG